Modern.az

Bu türk dövlətində də Azərbaycan Ticarət Evi açıqlacaq

Bu türk dövlətində də Azərbaycan Ticarət Evi açıqlacaq

9 Oktyabr 2019, 11:31

"Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Hər iki ölkənin liderləri-Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən təməli qoyulan bu münasibətləri bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla inkişaf etdirir". 

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan və Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov söyləyib. Nazir bildirib ki, iki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır: 

 

“İki ölkə arasında ötən il ticarət dövriyyəsi 55,4% artaraq, təxminən, 221 milyon ABŞ dollarına yaxın olub. 2018-ci ildə ixrac 36,1%, idxal isə 61,5% artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmində 11% artım müşahidə olunur. İlin sonunadək  Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək”. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər