Modern.az

Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər

Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər

12 Oktyabr 2019, 15:14

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagird, müəllim və valideynləri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə baxış keçiriblər.

Məktəblilərin Beynəlxalq Təhsil Sərgisi ilə yaxından tanış olması onların dünyagörüşünün inkişafı, karyera seçimi imkanlarının, elmi-tədqiqatlara və təhsilə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Modern.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar həm xarici ölkələrin, həm də Azərbaycanın aparıcı universitetlərinin təhsil imkanları, eləcə də təhsil sahəsində həyata keçirilən layihə və proqramlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, sərgidə dünyanın 22 ölkəsindən 150-dən çox təhsil qurumu iştirak edir. Sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Sərgidə paytaxt məktəbliləri də müxtəlif layihə və proqramlarla iştirak edirlər.

Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunur.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr də daxildir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir