Arxiv
12 Oktyabr 2019, 20:11 | AKTUAL
Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb istifadəyə verildi

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində aparılmış əsaslı təmir-tikinti və yenidənqurma işlərinin təqdimatına həsr olunmuş mərasim keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Sonra DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov bu təhsil ocağında aparılmış əsaslı təmir, yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda – inzibati və yataqxana binalarında, tədris korpusunda, Nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib.

Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Tədbirin yekununda Daxili İşlər naziri V.Eyvazov inzibati binanın akt zalında Məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin rifah halının daha da yaxşılaşmasına hər zaman xüsusi qayğı göstərdiyini xatırladıb, bu ali diqqətin nəticəsində son illər Daxili İşlər Nazirliyinin orqan və hissələri, o cümlədən Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb üçün ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı binaların, korpusların tikildiyini, onların zəruri texniki və xüsusi vasitələrlə təmin olunduğunu, nəticədə iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdığnı, hazırki təqdimatın da bunun əyani təzahürü olduğunu qeyd edib.

Nazir bu gün daxili işlər orqanlarının sıralarında yüksək intellektə, geniş dünyagörüşə və biliyə malik gənclərin uğurla xidmət etdiyini məmnunluqla vurğulayıb, onların ən yaxşı ənənələri davam etdirəcəklərinə, bu təhsil ocağında alacaqları bilik və vərdişlərin cinayətkarlıqla mübarizədə uğurla tətbiq eəcəklərinə əminliyini bildirib.

Daxili işlər orqanları qarşısında duran əsas vəzifənin xalqın əmin-amanlığı, dövlətçiliyin, insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmaq olduğunu nəzərə çatdıran general-polkovnik V.Eyvazov, polisin digər hüquq-mühafizə orqanları ilə birlikdə son illər qazandığı uğurların təməlinin hələ ötən əsrin 90-cı illərinin ortalarında qoyulduğunu, sonrakı mərhələdə bu işin davam və inkişaf etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xüsusilə vurğulayıb.

Nazir məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib. O, əmin olduğunu bildirib ki, məktəbin şəxsi heyəti bundan sonra da qarşıya qoyulan bütün tapşırıq və vəzifələri məsuliyyətlə yerinə yetirəcəklər.

Sonda məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı daxili işlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23 “Qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsiyik” - Baş konsul 19 Fevral 2020, 10:16 Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib 19 Fevral 2020, 09:59 Daxili orqanında narkotik və psixotrop maddələr keçirmək istədi 19 Fevral 2020, 09:53 Bakıda itkin düşən 2 nəfər tapıldı 19 Fevral 2020, 09:47 Prezidentə ən çox bu rayonların polisindən şikayət edilib - SİYAHI 19 Fevral 2020, 09:41 Daha 2 tələbə koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi 19 Fevral 2020, 09:36 Ən çox şikayət edilən tikinti şirkətləri - Siyahı 19 Fevral 2020, 09:29 Cəbhədə iriçaplı pulemyotlar və snayper tüfəngləri işə düşdü 19 Fevral 2020, 09:22 Ermənilər Qarabağdan Rusiyaya alkoqollu içkilər satır, qazanc götürür - FOTOFAKT 19 Fevral 2020, 09:15 "Brent" markalı neftin qiyməti 58 dolları ötüb 19 Fevral 2020, 08:56 Çində koronavirusdan ölənlərin sayı 2004-ə çatıb 19 Fevral 2020, 08:12 Vəzifəsini düzgün yerinə yetirməyən 64 şəxs işdən çıxarılıb 19 Fevral 2020, 08:00 Bakıda 41 yaşlı kişi intihara cəhd etdi 19 Fevral 2020, 00:48 Pakistan "Raad-2" qanadlı raketini sınaqdan keçirib 19 Fevral 2020, 00:31 İranda 3,8 bal gücündə zəlzələ oldu 19 Fevral 2020, 00:14 "Ərdoğanla birlikdə işləyirik" - Tramp 18 Fevral 2020, 23:54 Almaniyada professor adını qazanmış ilk azərbaycanlı alim 18 Fevral 2020, 23:38 Gürcüstanla Rusiyanı birləşdirən yeganə yol bağlandı 18 Fevral 2020, 23:32 Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır – FOTO 18 Fevral 2020, 23:20 Avropa İttifaqının komissarı Azərbaycana gəlir 18 Fevral 2020, 22:59 Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı 18 Fevral 2020, 22:44 Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq – RƏSMİ 18 Fevral 2020, 22:31 Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub 18 Fevral 2020, 22:18 Prezident parkinqlərdən danışdı - VİDEO 18 Fevral 2020, 22:01 Abşeronda üç avtomobil toqquşdu 18 Fevral 2020, 21:44 Dünya Bankının Azərbaycanda məhkəmə islahatlarına dəstək verəcək 18 Fevral 2020, 21:23 “Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi 18 Fevral 2020, 21:06 Prezidentin köməkçisi vəzifəsindən azad edildi 18 Fevral 2020, 20:49 Türkiyədə yenidən güclü zəlzələ oldu 18 Fevral 2020, 20:35 Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı 18 Fevral 2020, 20:18 Turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq 18 Fevral 2020, 20:03 Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub 18 Fevral 2020, 19:56 Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı 18 Fevral 2020, 19:51