Arxiv
13 Oktyabr 2019, 14:16 | AKTUAL
Qənirə Paşayeva gənclərə çağırış etdi VİDEO

Millət vəkili Qənirə Paşayeva ADPU-də “Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbirdə gənclərə çağırış edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) dəstəyi ilə “Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbir keçirilib.

 

Tələbə və müəllim heyəti, QHT, KİV sektorunun nümayəndələri, bir sıra yeni nəsil yazarlarının qatıldığı tədbirdə, millət vəkili, ABAİB-nin sədri Qənirə Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Özbəkistanın bir qrup tanınmış ziyalısı iştirak və çıxış edib. Özbəkistan mədəniyyətinin tanınmış simaları ilə görüşdə ilk olaraq, universitetin rektoru prof.dr. Cəfər Cəfərov qonaqları salamlayıb və onların gəlişinin, görkəmli alim, prof. Babaxan Şərifin 70 illik yubileyi ilə üst-üstə düşməsinə şad olduğunu vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qardaş Özbəkistandan olan ziyalıları Bakıda salamlamaqdan şad olduğunu qeyd edib. Bir müddət öncə qardaş Özbəkistanda səfərdə olduğunu qeyd edən xanım millət vəkili, azərbaycanlıların Özbəkistana, özbəklərin Azərbaycana səfərinin bir vətəndən o biri vətənə keçiş olduğunu dilə gətirib. O, belə gözəl və anlamlı, vacib görüşün təşkilinə görə universitetin rektoru Cəfər Cəfərova təşəkkür edibərək, ADPU-nun fədakar kollektivi və gələcəyin müəllimləri ilə görüşməkdən sevinc duyduğunu bildirib. Daha sonra millət vəkili gənclərə çağırış edib: “”Əziz gənclər, bizim üçün Vətən və vətəndaşlıqdan şərəfli heç nə yoxdur. Müstəqilliyimiz bizim üçün çox önəmlidir. On milyon üçün deyil, 50 milyondan çox insan üçün Azərbaycanın dövlət müstəqilliyi böyük önəm daşıyır. Biz azərbaycanlılar, mənsub olduğumuz türk dünyası ailəsi ilə birgə, dünyada böyük gücə malikik. Biz nə qədər sıx birləşsək, gücümüz də o qədər çox olar. Qardaş türk respublikaları öz müstəqilliyini elan etdikcə, qardaş birliyinin zərurətini daha yaxından hiss edirdik. Vaxtı ilə problemlərimiz yarananda türk dövlətləri birlikdə olsaydı, bu problemləri yaşamazdıq. Şükürlər olsun ki, bu günə gəlib çıxdıq. İnanıram ki, birliyimiz getdikcə daha da möhkəmlənəcək. Sadəcə, bu birliyin altını doldurmaq lazımdır, şüardan gerçək işə, qalıcı fəaliyyətə keçməliyik. Əziz gənclər! Bu toplantını xüsusilə sizing iştirakınız baxımından çox önəmli hesab edirəm. Çünki gələcəyimiz sizlərsiniz”. Deputat çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinə də toxunub, iki qardaş xalq və ölkə arasında əlaqələrdən söz açıb, bu əlaqələrin daha da möhkəmlənməsinin zəruriliyini vurğulayıb: “Dünyanın yüzdə 80 faiz dövlətində olmuşam amma doğrusu, Özbəkistan qədər gözəl ölkə az görmüşəm. Gənclərə tövsiyyəm odur ki, ölkə xaricinə səfər imkanınız olunca, ilk öncə qardaş ölkələri görməyə çalışın. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və digər qardaş ölkələrlə münasibətlərimizin daha da möhkəmlənməsi ümumən türk dünyası üçün çox vacibdir. Sevincimizi, kədərimizi bölüşməliyik. Gənclər, siz bizdən daha vacib missiyanı daşıdığınızı unutmayın. Öncəliklə yaxşı oxumaq əsas missiyanız olmalıdır. Bu bizim üçün çox önəmlidir. İzninizlə, sizə özümdən bir misal çəkmək istərdim. Mn evimdə və ofisimizdə qədimdən indiyə qədər olan dövlətlərimizin xəritələrini saxlayıram. İnandırım size, belə xəritələrə malik olmaq, size həm düşündürəcək, həm də sizə tarixi hərəkət istiqaməti verəcək. Yaxud da bir şəhidin fotosunu evinizdən asın və hər gün onun gözlərinin içinə baxın. O gözlər sizə çox şey deyəcək. Türk dünyasından bəhs edən kitablar oxuyun, filmlərə, seriallara baxın. O zaman o dövlətləri daha yaxından öyrənəcək və sevəcəksiz. Siz çox şeyi dəyişə bilərsiz. Hər birimiz üçün ən böyük arzu işğal altında olan torpaqlarımızın azad edilməsidir. Xankəndinə bayrağımızı daha tez asmağımız da Azərbaycanın daha güclənməsindən və türk dünyasının birliyindən keçir. Türk birliyindən danışmışkən, hörmətli ustadımız Babaxan Şərifin yubileyini bir daha təbrik edirəm. Gün olsun, ustadın növbəti yubileyini Şuşada keçirək! Hər birinizə təşəkkür edirəm!” Millət vəkili Qənirə Paşayeva həmçinin Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək perspektivləri, türk dünyası birliyinin güclənməsində gənclərin rolu barədə fikirlərini bölüşüb və gənclərimizə bu barədə çağırış edib. Professor Babaxan Şərif çıxışında bunları dedi: “Əziz müəllimlər, gənclər, dərs saatlarını qoyub burada iştirak edən sizlərə təşəkkür edirəm! Bilirsiz, cəmiyyətin iki gözü var, bunun biri müəllim, o biri gözü yazardır. Vətəni, milləti sevməyi bizə müəllim öyrədir. Əgər müəllim yoxdursa, millət yoxdur. Müəllimləri sayğı ilə anmaqdan qürur duyuram. Ulu Nizami, Nəvai, Füzuli, Nəsimi bizə nə verib? – İlk olaraq türk ruhunu veriblər! Tarixini və ədəbiyyatını hər bir insan bilməlidir. Qardaşlar arasında problemlər yarana bilər; əgər ortada sevgi varsa, bu problemlər aradan qalxır. Azərbaycan-Özbəkistan münasibətləri belədir. Şükür Tanrıya bütün sahələr üzrə münasibətlərimiz çox yaxşıdır. Çox danışa bilərəm. Hər birinizi tək-tək bağrıma basmaq istərdim, amma bu mümkün deyil. Ona görə də hamınızın əvəzinə müqəddəs bayrağınızı öpürəm!" Ustad özbək ziyalısının bu jesti zalda gur alqışlarla qarşılandı. Daha sonra hörmətli qonaq yenicə çapdan çıxmış "Azərbahavca-Özbəkcə və Özbəkcə-Azərbaycanca" lüğətini APU rektoruna təqdim etdi. Ardınca söz "Kitab dünyası" qəzetinin baş redaktoru, şair-publisist Xasiyət Rüstəmə verildi. O, hər kəsi salamladı, Azərbaycanda gördükləri sevgi selinə görə təşəkkür etdi. Tarix İnstitutunun fəxri doktoru Şöhrət Barlas da, öz çıxışında müəllimlərin hər bir xalq üçün olan önəminə xüsusi yer ayırdı. Sonra söz Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova verildi. Mərkəz direktoru dedi: "Bu gözəl tədbirimizin təşkili çox yerinə düşdü. Çünki önəmli tarixi günlər ərəfəsinə təsadüf edir. Son 3 gündə olduqca önəmli tədbirlər keçirdik. Onların hər biri möhtəşəm idi. Ötən illər ərzində bir çox tarixi layihələrə imza atmışıq. İki qardaş dilin ən vacib ümumişlək sözlərindən ibarət 30 min sözlük lüğət tərtib etmişik. Bu tarixdə bir ilkdir. Habelə Nizaminin "Xəmsə"si tam şəkildə özbək dilinə tərcümə edilib və bununla bağlı da, dünən AMEA Ədəbiyyat Muzeyində böyük bir təqdimat keçirdik. Özbəkistan Əmir Teymurun ölkəsidir. Hər daşında tarix yatır. Hər birinizi Özbəkistanla əlaqələrə önəm verməyə çağırıram. Dost dar gündə tanınar. Gələcəyimiz olan gənclər qarşısında çıxış etməkdən qürur duyuram. Cənab rektor, sizə xüsusi təşəkkür edirik! Rəhbərliyiniz altında bu universitet çox inkişaf edib.” Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı öz çıxışında, Azərbaycanın son günlər bilavasitə Özbəkistan, ümumən türk dünyası abı-havasına girdiyini söylədi və əlavə etdi ki, “bura çıxmaqda əsas məqsədim, bayrağımızı öpən ustad Babaxan Şərifin əlindən öpməkdir". Ə.Qoşalının bu sözləri və yubilyarın əllərindən öpməsi zalı alqışlara bürüdü. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da Azərbaycan-Özbəkistan münasibətlərinin hər iki ölkə və türk dünyası üçün vacibliyindən söz açdı. Sonda qonaqlar təşkilatçı qurumlar tərəfindən xüsusi plaketlərlə təltif edildi, tələbələr qonaqlara gül dəstələri verdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27