Modern.az

Dövlət Əməyin Mühafizəsi Fondu işə başlayacaq

Dövlət Əməyin Mühafizəsi Fondu işə başlayacaq

14 Oktyabr 2019, 12:13

Qısa müddət ərzində Əməyin Mühafizəsi Fondunun təsis sənədlərinin - nizamnaməsinin, əsasnaməsinin təsdiq olunması gözlənir. Modern.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır:

"Nizmanamə yekunlaşdırıldıqdan sonra Fondun fəaliyyətinə tam başlanacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə yaradılan Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir