Modern.az

Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər”

Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər”

14 Oktyabr 2019, 14:54

“Bu gün Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında rus dilində çıxış etmişəm. Çıxış stenoqramlarda var. Tədbirdə Azərbaycanda pensiyaların,  minimum əmək haqlarının, müavinətlərin artırılması və ümumilikdə sosial müdafiə sahəsində cənab prezidentin atdığı uğurlu addımları qeyd etmişəm”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial komitəsinin sədri  Hadi Rəcəbli deyib.


Deputatın sözlərinə görə,  həmin iclasında etdiyi çıxış bəzi KİV-lərdə təhrif olunub. H.Rəcəbli qeyd edib ki, əslində söhbətin məğzi bu cürdür:

“İclasda eyni zamanda, qarşılıqlı konvensiyalardan, ölkələrarası müqavilələrdən  danışmışam. O müqavilələrdən biri də Rusiya ilə Azərbaycan arasında olan Sazişdir. Həmin sənədə əsasən,  Rusiyada çalışan Azərbaycan vətəndaşları oradan qeydiyyatdan çıxıb Azərbaycanda qeydiyyata düşərkən bəzi çətinliyi olur. Belə ki, onlara pensiya hesablananda Rusiyada sığorta haqqı ödəmiş vətəndaşımız bizim sistemdə həmin vəsaiti rəsmi göstərə bilmir və buna uyğun ona pensiya ödənilmir. Rusiya sığorta fondundan həmin vətəndaş üçün bizim müvafiq strukturumuza müvafiq vəsait köçürülməsini istəmişik. Bu məsələyə cənab nazir də, hörmətli komitə sədrimiz Arif Rəhimzadə də reaksiya verib. Bu gün həmin müqaviləyə  yenidən baxılması tövsiyə olunur. Rusiya  dövlətindən istədiyimiz odur ki, vətəndaşımızın ora üçün  ödədiyi sığorta haqqını bizim sığorta fondumuza köçürsün”.

Xatırladaq ki, bəzi KİV-lər Hadi Rəcəblinin adından "Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir" kimi fikir yayımlayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər