Modern.az

“Pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır” - Nazir

“Pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır” - Nazir

Aktual

14 Oktyabr 2019, 15:04

"Pensiya sahəsində yol xəritəsi ilə bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə ilkin layihələr hazırlamışıq".

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir qeyd edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda pensiya sisteminin inkişafına dair qısa, orta və uzun müddətli yol xəritələri hazırlanır:

 

"Bildiyiniz kimi, pensiya sistemi sığorta sistemidir və sığorta sistemi kimi müəyyən aktual hesablamalara, demoqrafik göstəricilərə əsaslanır. Ona görə də müvafiq beynəlxalq təşkilatlar, xarici ekspertlərlə birgə Azərbaycanın 2025, 2030 və 2050-ci ilə qədər demoqrafik inkişafına dair proqnozlar hazırlayırıq. Bu proqnozlar üzərindən də pensiya sisteminin inkişafı proqramı hazırlanacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır