Modern.az

Salyanda ağır qəza

Salyanda ağır qəza

14 Oktyabr 2019, 22:30

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat haisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Noxudlu kəndi ərazisindən keçən Salyan-Şirvan avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Salyan şəhər Nazim Babayev küçəsində yaşayan, 1969-cu il təvəllüdlü Məlikov Aydın Əbülhəsən oğlu idarə etdiyi "Jiquli" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı A.Məlikov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı