Arxiv
15 Oktyabr 2019, 11:48 | AKTUAL
Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR

Oktyabrın 14-də Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı oldu.


Modern.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun açılışında  Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və  üzv ölkələrin  xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Peter Siyarto, TürkSOYUN sədri Düseyin Kaseinov  iştirak edirdilər. Qonaqları  “Cücələrim” Milli Rəqs qrupunun azyaşlı  ifaçıları azərbaycan rəqsləri ilə salamlayandan sonra, Fondun qırmızı lenti kəsildi.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  yeni inzibati binanın otaqlarını qonaqlara təqdim etdi. Çox geniş və işıqlı, qədim türklərin ağ çadırı kimi bəzənmiş otaqlarda türk dünyasının  görkəmli şəxsiyyətləri, həmçibnin Türk Şurasına üzv olan ölkələrin liderlərinin portretləri nümayiş edilirdi. Türk dünyasının milli musiqi alətləri və geyimləri olan otaqda simli və nəfəs alətlərimiz, türk dünyasının müxtəlif regionlarında arxeoloji qazıntılar zamanı tapılmış əntiq eksponatlar nümayiş olunurdu. Mədəni irsimizi qoruyan otaqdakı ağ royalda  fondun prezidenti Günay Əfəndiyeva qonaqlar üçün “Sarı gəlin” mahnısını ifa etdi.  Yüksək mənsəbli qonaqlar onun bu ifasını alqışladılar.


Daha sonra konfrans zalında qonaqlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu günə qədər gördüyü işlər barədə hesabat verildi. Və Fondun məqsəd və qayəsindən bəhs edən rolikin ilk təqdimatı oldu. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fondun türk dünyasının mədəni irsinin qorunmasında böyük rolu olacağına və gələcəkdə türkdilli ölkələrin bu fonda üzv olacağına ümid etdiyini söylədi.


Qeyd edək ki, türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə Görüşündə qəbul edilib. 2018-ci il sentyabr ayının 3-də isə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sənədlər imzalanıb. Və həmin Sammitdə binanın açılışının bu il  Türk Şurasının VII Sammiti çərçivəsində açılışı nəzərdə tutulurdu. Bu gün həmin tarixi hadisə reallaşdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyacan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35