Arxiv
16 Oktyabr 2019, 17:57 | AKTUAL
“Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə  

“Azercell Telekom” MMC, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin birgə əməkdaşlığı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 15 oktyabr tarixində “Four Seasons” otelində “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda çıxış edən məruzəçilər “Azərbaycanda psixi sağlamlıq xidmətləri”, “Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi” , “Uşaq təhsil müəssisələrində psixi sağlamlığın təşviqi və mühafizəsinə yanaşmalar”, “Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar”  və digər gündəmdə olan məsələlərə toxunublar. Tədbirdə Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin yeni istifadəyə verilən 116-111 qısa nömrəsinin təqdimatı da baş tutub. Vurğulayaq ki, Azercell müasir dövrdə yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığını həssas məsələ hesab edir. Çətin durumda olan, yardıma ehtiyac duyan insanların köməyinə çatan “Uşaq Qaynar Xətt” xidməti şirkətin dəstəklədiyi önəmli layihələr sırasındadır. Öz fəaliyyətində bir sıra sosial layihələri həyata keçirən Azercell, onların texnoloji cəhətdən təkmilləşməsinə də xüsusi diqqət ayırır. Şirkətin təşəbbüsü ilə 2017-ci ildə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. Bununla da, “Uşaq Qaynar Xətt” xidmətinin dünyanın istənilən nöqtəsində əlçatan olması təmin edilib.  Qısa nömrə sayəsində isə dəstəyə ehtiyacı olan gənclər daha rahat qaynar xəttin əməkdaşları ilə əlaqə quraraq, onları narahat edən məsələ ilə bağlı bölüşə və məsləhət ala biləcəklər. 

 

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 9 il ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 38 000-dən çox müraciət daxil olub. Azercell-in dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri ilə günün istənilən saatında xidmətə müraciət etmək mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56