Modern.az

“Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydınlıq gətirdi, VİDEO

“Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydınlıq gətirdi, VİDEO

17 Oktyabr 2019, 22:43

"Bu bir atəşkəs deyil. Sadəcə əməliyyatlara bir qədər ara verir".

 

Modern.az  xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşməsindən verdiyi açıqlamada bildirib.

M.Çavuşoğlu bildirib ki, bugünkü müzakirələrdə prezidentin liderliyi nəticəsində istədiklərini alıblar:


“PKK/YPG-nin 120 saat içərisində Suriyanın şimalından çıxması üçün “Sülh Çeşməsi” hərəkatına fasilə verəcəyik. Bu, atəşkəs deyil. Terrorçuların çıxmasından sonra əməliyyatın dayandırılıb-dayandırılmaması müzakirə olunacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI