Modern.az

Bakı-Qazax yolunda ağır qəza: yaralılar var

Bakı-Qazax yolunda ağır qəza: yaralılar var

Aktual

21 Oktyabr 2019, 00:31

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, Goranboy rayon sakini 1977-ci il təvəllüdlü Rauf Nəbiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilini içərisində mişar daşı olan, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəcəf Bayramovun idarə etdiyi “KamAZ” markalı yük maşınının qoşqusuna çırpıb.

Qəzada minik avtomobilinin sürücüsü və iki sərnişini (bir uşaq və bir qadın) xəsarət alıb. R.Nəbiyevə hadisə yerində ambulator yardım göstərilib.

Xəsarət alan sərnişinlər isə Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi