Modern.az

Azərbaycan diaspor təşkilatının sədri İtalyada mükafat aldı

Azərbaycan diaspor təşkilatının sədri İtalyada mükafat aldı

21 Oktyabr 2019, 15:20

Uzun illərdir İtaliyada yaşayan və jurnalist karyerası ərizndə bu günə qədər bir çox eksklüziv xəbərlərlə tanınan TRT Sporun İtaliya təmsilçisi və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dündar Keşaplı, ard-arda ikinci dəfə önəmli “Beynəlxaql Kartaca Mükafatı”na (Premio Internazionale Cartagine) layiq görülüb.

Modern.az xəbər verir nki, bu barədə diapsor üzrə araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu məlumat verib.
Galatasarayın bu yaz transfer dönəmində heyətinə qatdığı Kolumbiyalı ulduz oyunçu Radamel Falcaonun İstanbula gələcəyinə dair ilk xəbəri verməsi ilə Türkiyədə və İtailyada diqqət çəkən Keşaplı illərdir səs gətirən özəl xəbərləri nəticəsində daha bir önəmli mükafat alıb.
Roma Bələdiyəsinin tarixi və prestijli Protomoteca Salonunda iş, idman, moda, mədəniyyət və sənət cameəsindən çox sayda ismin qatıldığı törəndə Keşaplı, “Ən yaxşı əcnəbi jurnalist” kateqoriyasında ard-arda ikinci dəfə Kartaca Mükafatına layiq görülüb.
Dündar Keşaplıya mükafatı bu il mükafatların seçimini aparan elm adamları və yüksək ranqlı məmurlardan formalaşan Akademik Senatın başqanı Alessandro Della Posta təqdim edib.
Keşaplı, tədbirdəkı çıxışında 30 ilə yaxaınlaşan jurnalist karyerasında öz prinsiplərindən dönməyərək çalışdığını və indiki səviyyəyə çatdığını bildirib.
Xatırladaq ki, İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyətinin üzvüvə betnəlxalq əlaqələr koordinatoru olan Keşaplı, italyan xəbər kanalları SKYTG24 ve TGCOM24-də şərhçi kimi çıxış edir, eyni zamanda TRT Sporun İtaliya təmsilçisi və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədridir. D.Keşaplı Azərbaycan həqiqətlərinin Avropada təbliğatı baxımından önəmli fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi