Arxiv
21 Oktyabr 2019, 19:31 | AKTUAL
UNEC-də “Elm həftəsi”nə start verilib - FOTO

“Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq.

 

Modern.az xəbər verir ki, “Elm həftəsi” çərçivəsində ilk tədbir UNEC Avropa İqtisadiyyatı Mərkəzi ilə təşkil olunub. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri Dr.Elxan Riçard Sadiq-Zadə və digər qonaqlar iştirak ediblər.

 

Rektor Ədalət Muradov UNEC-in  tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində görülən işlərdən söz açıb. UNEC-də elmi jurnalların təsis edildiyini, elmi tədqiqatları stimullaşdırmaq məqsədilə 4 ilə yaxındır tətbiq edilən Differensial Əmək Haqqı Sistemində göstəricilərn 70%-nin elmi fəaliyyətlə bağlı olduğunu, nüfuzlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manatadək qonorarın təyin edildiyini bildirib. Professor Ədalət Muradov UNEC-də müəllimlərin iki qrupa- pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər və tədqiqatçı müəllimlərə ayrıldığını diqqətə çatdırıb. Tədqiqatçı müəllimlərin əmək haqqının digərlərinə nisbətən 50% artacağını vurğulayıb. UNEC-də müxtəlif elmi tədqiqat istiqamətləri üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin yaradıldığından söz açan rektor, əsas məqsədin tədqiqat potensialı olan şəxsləri aşkarlamaq, eyni zamanda xaricdə yaşayan azərbaycanlı alimləri UNEC-də həyata keçirilən tədqiqatlara cəlb etmə olduğunu deyib.

 

Rektor bildirib ki, belə tədqiqat mərkəzlərindən biri də UNEC Avropa İqtisadiyyatı Mərkəzidir. Mərkəzin rəhbəri Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı, Kembric Enerji Araşdırma qrupunun üzvü, UNEC-in məzunu Dr. Elxan Riçard Sadiq-Zadədir.

 

Sonra Dr.Elxan Riçard Sadiq-Zadə “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu” mövzusunda çıxış edib. Qərbi Avropada ətraf mühit probleminin yaranma səbəblərini açıqlayan məruzəçi sənayeləşmə və qlobal iqlim dəyişməsini əsas faktorlar kimi göstərib. Alim problemin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə təsirini riyazi və iqtisadi modellər əsasında təhlil edib. Bildirib ki, qlobal dəyişiklik daha çox inkişaf etməkdə olan tropik ölkələrə təsir edəcək. Məruzədə alternativ və bərpa olunan enerji mənbələrinə görə iqlim dəyişikliyinin tempinin sürətləndiyi, bunun isə emissiyaların azalmasına gətirib çıxaracağı qeyd olunub, inkişaf etməkdə olan ölkələrin az karbonlu iqtisadiyyata keçmələrinin vacibliyi vurğulanıb. Çıxışda Avropa ətraf mühit siyasətinin prioritetləri, eyni zamanda Avropa İttifaqında yeraltı enerji mənbələrindən yenidən emal enerji növlərinə keçidin fiskal aspektləri açıqlanıb.

 

E.Sadiq-Zadə təbii qazın emissiyasından, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Balkan ölkələrinin qazlaşdırılması məhz həmin layihəyə əsasən aparılacaq.

 

Təqdimatdan sonra iştirakçıların ekologiya ilə iqtisadiyyatın qarşılıqlı əlaqələri, “holland sindromu”nun iqtisadiyyata təsiri, elektromobillik, elektrik enerjisinin tətbiqinin artırılmasının ətraf mühitə təsiri və digər sualları cavablandırılıb. Bildirilib ki, BMT-nin hesabatına əsasən, iqlim dəyişikliyi Ümumi Daxili Məhsula 5-10% arasında təsir edir. “Holland sindromu”nun iqtisadiyyata təsirini cavablandıran məruzəçi bu amilin qlobal miqyasda az, lokal miqyasda isə böyük təsirinin olduğunu qeyd edib. E.Sadiq-zadə dünyada alternativ enerji mənbələri kimi külək və günəş enerjisindən istifadənin genişləndirildiyini, gələcəkdə elektromobilin tətbiqinin daha geniş miqyas alacağını deyib.

 

Tədbirdə çıxış  edən akademik Ramiz Məmmədov son dövrlər Azərbaycanda iqlim dəyişikliyinə diqqət çəkərək ölkədə 60% quraqlığın müşahidə olunduğunu bildirib. Azərbaycanda su təhlükəsizliyinin qlobal miqyasda başlıca problemlərdən biri olduğunu vurğulayan akademik, su ehtiyatlarının və yeni su mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Sonda çıxış edən rektor Ədalət Muradov mövzu ilə bağlı təhlillərin aparılacağını və təkliflər paketinin hazırlanacağını bildirib.

UNEC-də “Elm həftəsi”nə start verilib -FOTO

UNEC-də “Elm həftəsi”nə start verilib -FOTO

UNEC-də “Elm həftəsi”nə start verilib -FOTO

UNEC-də “Elm həftəsi”nə start verilib -FOTO

UNEC-də “Elm həftəsi”nə start verilib -FOTO

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblilərimiz beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar 15 Noyabr 2019, 12:16 Tahir Kərimli Milli Məclisdə özündən getməsindən danışdı - VİDEO 15 Noyabr 2019, 12:11 Deputatın səlahiyyətinə xitam verilir: “Artıq Milli Məclisə müraciət etmişəm” 15 Noyabr 2019, 12:04 Deputatdan təklif: “Ali məktəb kitabları ƏDV-dən azad olunsun” - VİDEO 15 Noyabr 2019, 12:03 Erməni jurnalistləri Bakıya kim gətirir?.. 15 Noyabr 2019, 11:51 Bu gündən Bakıya istilik verilir 15 Noyabr 2019, 11:42 Konqresin sədri Trampı korrupsiyada ittiham etdi 15 Noyabr 2019, 11:33 Almaniyadan 61 azərbaycanlı deportasiya edilib – Rəsmi AÇIQLAMA 15 Noyabr 2019, 11:32 Məktəblilər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO 15 Noyabr 2019, 11:29 Bakının bu hissəsində nəqliyyat şəraiti yaxşılaşdırılıb - VİDEO   15 Noyabr 2019, 11:24 Bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələri aparıldı 15 Noyabr 2019, 11:16 Nazirlik bələdiyyə sədrini cərimələdi  - 2500 manat  15 Noyabr 2019, 11:13 “BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA 15 Noyabr 2019, 11:05 DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR 15 Noyabr 2019, 10:58 Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO 15 Noyabr 2019, 10:58 Bakıdan dünyaya səslənən mesajlar 15 Noyabr 2019, 10:43 Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı 15 Noyabr 2019, 10:40 Los Ancelesdə Qarabağ tədbiri - Erməni lobbisi mane olmaq istədi 15 Noyabr 2019, 10:38 “Azəriqaz” smart tipli sayğac quraşdırmağı DAYANDIRDI 15 Noyabr 2019, 10:24 Təhsil müzakirələri davam edir - FOTO 15 Noyabr 2019, 10:23 Nazir İnterpola rəis TƏYİN ETDİ 15 Noyabr 2019, 10:14 Elmira Süleymanova istefa ərizəsi yazıb? - Ombudsman Aparatı AÇIQLADI 15 Noyabr 2019, 10:14 Rusiyalı casuslar Trampın telefon danışığını dinləyib 15 Noyabr 2019, 10:11 Bakıda 10-cu sinif şagirdi itkin düşüb 15 Noyabr 2019, 10:05 Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu 15 Noyabr 2019, 09:59 Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR 15 Noyabr 2019, 09:50 Sabahdan məktəblərdə tətil başlayır 15 Noyabr 2019, 09:47 Rusiya ABŞ-a məxsus olmuş hərbi bazanı ələ keçirdi 15 Noyabr 2019, 09:43 Nazirlikdən işsizlərlə bağlı yenilik 15 Noyabr 2019, 09:36 Xarici universitetlərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi - MƏBLƏĞ 15 Noyabr 2019, 09:33 Ermənistan atəşkəsi 20 dəfə pozdu 15 Noyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Bakıdakı yanğında zəhərlənənlərin 5-i uşaqdır 15 Noyabr 2019, 09:22 Distant təhsilin üstünlükləri… 15 Noyabr 2019, 09:13 Sürücülər idarəetməni niyə itirir? - SƏBƏBLƏR 15 Noyabr 2019, 09:01 İnternatı tərk edən kimsəsiz gənclər... 15 Noyabr 2019, 08:48