Ukraynanın Baş Naziri Aleksey Qonçaruk homoseksual zorakılıqda ittiham olunur.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ukraynalı hökumət rəhbərinin aparatın kişi əməkdaşına qarşı seksual hərəkətlər etdiyi iddia edilib. Belə bir iddia ilə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk çıxış edib.
Sabiq deputat "facebook" səhifəsində yazıb ki, həmin əməkdaşdan Baş Nazirin ona qarşı “intim əlaqələr”ini sübut edən faktlar əldə edib. Ancaq həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət etməyib.
İqor Mosiyçukun sözlərinə görə, Qonçaruku bu əməlinə görə cinayət məsuliyyəti gözləyir.
Baş Nazir isə ittihamlara cavab verməyib.