Modern.az

Mingəçevir su anbarında reyd keçirildi

Mingəçevir su anbarında reyd keçirildi

22 Oktyabr 2019, 17:14

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir 22 oktyabr 2019-cu il tarixində Mingəçevir su anbarında keçirilib.

 

Modern.az xəbər verir ki, 8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

 

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir