Modern.az

AMEA-nın prezidentliyinə Ramiz Mehdiyevin namizədliyi təklif  edildi - YENİLƏNİB

AMEA-nın prezidentliyinə Ramiz Mehdiyevin namizədliyi təklif  edildi - YENİLƏNİB

23 Oktyabr 2019, 17:06

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

Modern.az xəbər verir ki, səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak edirər.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

****

Bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.

 

Modern.az-ın məlumatına görə, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər.

 

İclasa akademik Ramiz Mehdiyev də qatılıb.

 

Qeyd edək ki, iclasda AMEA prezidenti Akif Əlizadənin istefa verəcəyi və yeni prezidentin seçiləcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir