Arxiv
23 Oktyabr 2019, 21:26 | AKTUAL
“Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO

Oktyabrın 23-də Nizami Kino Mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib.


Modedrn.az xəbər verir ki, nümayişdən əvvəl layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək görülmüş işlə bağlı məlumat verib.


Bildirib ki, “Bir qalanın sirri” filminin surdo-tərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.


C.Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində bu filmdən əlavə bir cizgi filminin surdo-tərcümə formatında hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 3 mövzuda maarifləndirici videolar hazırlanaraq surdo tərcümə olunması həyata keçiriləcək. Hazırlanmış ekran əsəri və cizgi filmi disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara təqdim olunacaq.


Layihə rəhbərinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu gün dünyada 360 milyona yaxın insan eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. O əlavə edib ki, Azərbaycanda da bu qəbildən olan xeyli sayda insan var. Dövlət tərəfindən həmin şəxslərlə bağlı proqramlar genişlənməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması üçün hüquqi baza formalaşdırılır. Qanuna ediləcək dəyişiklikdən sonra televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.


Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, layihənin eksperti, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında bu layihələrin böyük rolu var.


Sonra film nümayiş olunub. Ekran əsəri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42 Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ 19 Noyabr 2019, 15:35 UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir 19 Noyabr 2019, 15:27 Bir daha AŞBAZ sözünün yazılışı haqda 19 Noyabr 2019, 15:20 İbrahim Məmmədov: “Ayaz Mirzəyevlə əməkdaşlığa ümid edirəm!” 19 Noyabr 2019, 15:12 “Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq…” - I vitse-spiker 19 Noyabr 2019, 15:04