Modern.az

NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın

NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın

23 Oktyabr 2019, 23:14

NATO-ya üzv dövlətlər Ukraynaya hərbi yardımları artırmalıdır.

Modern.az  xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Minsk sazişinin icrasında irəliləyişlərin olduğunu, xüsusən saxlanılanların dəyişdirildiyini vurğulayan Y.Stoltenberq NATO nümayəndələrinin Ukraynaya səfərindən danışaraq deyib: “Bir neçə gündən sonra NATO nümayəndələri Prezident Zelenski və hökumətindən məlumat almaq üçün Kiyevə və Odessaya gedəcəklər. NATO-nun Ukraynaya necə dəstək verəcəyi barədə fikir mübadiləsi aparacağıq. Bu gün Ukrayna üçün daha çox nə edə biləcəyimizi düşünürük”.

NATO nümayəndələri oktyabrın 30-31-də Ukraynaya səfər edəcək, Odessada və Kiyevdə bir sıra görüşlər keçirəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir