Arxiv
24 Oktyabr 2019, 12:02 | ÖLKƏ
“Onlar da yəqin ki, istefa verəcəklər” – Pensiya yaşlı icra başçılarının SİYAHISI

Ölkə başçısının yaş həddilə əlaqədar rəhbər vəzifədə çalışanlara istefa xarakterli mesajı ünvanlarına yetişməkdədir. Prezidentin çağırışına qoşulan Baş Nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edildi.

 

Dövlət başçısı çıxışlarında islahatların davamlı olacağını, prosesin narazılıqlar qeydə alınan bütün sahələri əhatə edəcəyini vurğulayıb. İlham Əliyev yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə yerli icra hakimiyyəti orqanları başçılarının ayrı-ayrı sahibkarların işinə müdaxilə etdiklərini, yerlərdə narazılığa səbəb olduqlarını deyib və nazirə bu istiqamətdə tapşırıqarını verib.

 

Kiçik araşdırmadan sonra illərdir yerlərdə at oynadan, rəhbər olduğu rayonda kiçik padşahlıq yaradan və pensiya yaşını çoxdan keçmiş icra başçılarının olduğunu görürürk.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da ölkə başçısının İqtisadiyyat nazirilə görüşdə səsləndirdiyi fikirləri xatırladıb:

 

“Prezident də bildirdi ki, yerli icra hakimiyyəti orqanları insanları incidirlər. Doğrudur, bunu bütün icra başçıları barədə demək olmaz. Amma özbaşınalıq edən kifayət qədər icra başçısı var”.

 

Yaş həddinə gəlincə, deputat deyib ki, əgər hakimiyyət orqanlarında dəyişikliklər gedirsə, bu icra hakimiyyətlərindən də yan keçməyəcək:

 

“Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha cavan kadrlar gətirilib. Amma “filankəs yaşlıdır, dəyişdirək” deyib onu proseslərdən tamamilə kənarlaşdırmaq da doğru deyil. Çünki yaşlı, amma istər siyasətdə, istər təsərrüfatda püxtələşən, kifayət qədər təcrübəli kadrlarımız var, hansı ki, onların təcrübəsindən istifadə etmək lazımdır. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərə görə, Azərbaycanda korrupsiya, rüşvət halları tamamilə aradan qaldırılmalı, şəffaflıq yaradılmalıdır. Buna riayət edən istər icra başçısı, istər hansısa məmur olsun, normal işləyirsə, müasir tələbələrlə ayaqlaşa bilirsə, onu vəzifədə saxlamaq olar. Ramiz Mehdiyevin özünü götürək. O, Azərbaycan ictimai-siyasi həyatında çox böyük təcrübəyə malik olan insandır. Amma müasir tələblərə cavab verən, müasir texnologiyanı, idarəetmə sistemini bilən cavanlar vəzifələrdə irəli çəkilməlidirlər”.

 

V.Əhmədov yaşlı icra başçılarının Prezidentin çağırışına qoşulacağını istisna etməyib:

“Bizdə ümumiyyətlə vəzifədə oturanlar elə bilirlər ki, vəzifə onlara hədiyyə edilib və daim orda oturacaqlar. Bunun belə olmadığını gec-tez anlayacaqlar. Yaşlılar da anlamalıdırlar ki, kresloya yapışıb qalmaqla olmur, dövr, tələblər dəyişir. Buna cavab verə bilməyənlər yəqin ki, istefa verəcəklər. Çünki cənab Prezident prosesə başlayıbsa, bu mütləq axıra çatdırılmalıdır”.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, penisya yaşına çatan şəhər və rayon icra hakimiyyəti başçılarının siyahısını təqdim edir:

Zakir Fərəcov  - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı - 65 yaş

  • Nizaməddin Quliyev - Ağstafa rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
  • Alı Alıyev - Füzuli rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
  •  Novruz Novruzov - Siyəzən rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
  • Şahmar Usubov -  Xocalı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
  • Malik İsaqov  - Qubadlı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
  • Rafil Hüseynov - Masallı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
  • Adil Məmmədov - Qobustan rayon İcra Hakimiyyətinin başçısı - 67 yaş
  • Əhməd Muxtarov -  Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı - 68 yaş
  • Mirdaməd Sadıqov - İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
  • Bayram Səfərov - Şuşa rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
  • Məmməd Məmmədov - Tovuz rayon İcra Hakimiyyətinin başçısı - 70 yaş
  • Mübariz Əhmədzadə - Zaqatala rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
  • Alı Qocayev - Samux rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
  • Şəmsəddin Xanbabayev - Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı - 80 yaş
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Milli Məclisdən yaşı 65-dən yuxarı deputatlara ÇAĞIRIŞ 8 Aprel 2020, 16:02 Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN 8 Aprel 2020, 15:56 Ünvanlı sosial yardım alan ailələr 9 min artıb - Son 10 gündə 8 Aprel 2020, 15:50 Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək öldü 8 Aprel 2020, 15:42 Baş Nazir karantinə görə Milli Məclisə GETMƏYƏCƏK 8 Aprel 2020, 15:35 “1 DONOR 2 HƏYAT” - Deputatdan qanvermə aksiyasına ÇAĞIRIŞ 8 Aprel 2020, 15:22 Dövlət Xidmətinin Çağrı Mərkəzinə 22320 müraciət daxil olub  8 Aprel 2020, 15:15 “Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə 8 Aprel 2020, 15:02 Məşhur müğənni koronavirusdan öldü 8 Aprel 2020, 14:56 Prezidentdən 35 min nəfəri sevindirəcək SƏRƏNCAM 8 Aprel 2020, 14:50 “Mətbuat işçilərinə də birdəfəlik yardım edilsin!” - Deputatlardan TƏKLİF 8 Aprel 2020, 14:44 İranda pandemiya qurbanlarının sayı 4 mini ötdü 8 Aprel 2020, 14:38 Ermənilər koronavirusa görə Laçının bu kəndini karantinə BAĞLADI 8 Aprel 2020, 14:32 31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDI 8 Aprel 2020, 14:26 Psixoloq məsləhəti : “Təşviş zamanı zehninizin dərinliklərinə fokuslanın” 8 Aprel 2020, 14:20 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan öldü 8 Aprel 2020, 14:13 COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına TƏSİRİ    8 Aprel 2020, 14:00 Bakıda saxta jurnalist arayışları satanlar saxlanıldı - FOTO 8 Aprel 2020, 13:54 Karantin həkimindən polislərə çağırış: “Sənədlər təmas edilmədən yoxlanılmalıdır” 8 Aprel 2020, 13:48 Komitədən evdə oturan kişilərə tövsiyə: “Ev işlərini görməkdə kömək edin” 8 Aprel 2020, 13:42 Təbiətə verilən müvəqqəti İSTİRAHƏT – Koronavirus iqlimi necə DƏYİŞƏCƏK? 8 Aprel 2020, 13:36 Ordumuzda snayperlərin hazırlığı yoxlanılır - FOTO+VİDEO 8 Aprel 2020, 13:31 Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTO 8 Aprel 2020, 13:26 Koronavirus və NUHUN TUFANI 8 Aprel 2020, 13:20 “Vaksin tapılana qədər koronavirus yox olacaq” 8 Aprel 2020, 13:15 Sabah 14 dərəcə isti olacaq   8 Aprel 2020, 13:10 Bu sahibkarlara 250 manat yardım ediləcək 8 Aprel 2020, 13:04 Biz birlikdə güclüyük - ailələrə yardım kampaniyası - VİDEO 8 Aprel 2020, 12:58 "Dərs vaxtı" verilişinin aprelin 9-u üçün CƏDVƏLİ müəyyənləşib 8 Aprel 2020, 12:52 “Mədəniyyət /Culture” jurnalının 2020-ci ildə ilk sayı işıq üzü gördü   8 Aprel 2020, 12:46 Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə! 8 Aprel 2020, 12:40 Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?.. 8 Aprel 2020, 12:34 Xüsusi karantin dövründə əlillik müddəti başa çatanlar üçün müddət UZADILDI 8 Aprel 2020, 12:28 Rusiya koronavirusa görə Krımı Ukraynaya qaytaracaq PROQNOZ 8 Aprel 2020, 12:22 Dövlət Agentliyi 700 nəfər işçi axtarır 8 Aprel 2020, 12:17