Arxiv
25 Oktyabr 2019, 17:04 | TƏHSİL
“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

Son zamanlar yayılan soyuqdəymə, qrip virusu valideynləri ciddi narahat edir. Sağlam uşaqlarının məktəbdə xəstəliyə yoluxduğundan narahat olan valideynlər istəyir ki, məktəb göstəriş versin ki, xəstəliyə yoluxan uşaqlar sağalanadək dərsə gəlməsinlər.

 

Maraqlıdır, ümumiyyətlə xəstəlik daşıyıcısı olan uşağın məktəbə gəlməsi nə dərəcədə doğrudur ? Məktəb rəhbərliyi xəstə uşaqlara sağalanadək dərsə gəlməmələri ilə bağlı xəbərdarlıq edirmi?

 

Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxubsa, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

“"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məktəblərdə şagirdlərə tibbi xidmət pulsuz göstərilir. Ümumi təhsil müəssisələrində tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir. Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq tibb otağı ayrılıb. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalar ilə sıx əlaqəli işləyir. Şagirdlər hər gün məktəbə daxil olarkən ümumi baxış keçirilir, həmçinin sinif rəhbəri və müəllimlərin səhhətində narahatlıq müşahidə etdiyi məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Eləcə də vaxtaşırı məktəblərdə tibbi-gigiyenik maarifləndirici görüşlər təşkil olunur, şagirdlər və valideynlərin məlumatlandırılması yerinə yetirilir”.

 

Pediatr Vaqif Qarayev deyir ki, uşaq xəstədirsə qəti şəkildə məktəbə getməməlidir. Həkimin sözlərinə görə, bir dəfə asqırmaqla 10-12 nəfəri yoluxdurmaq olar.

“Əgər xəstə uşaq məktəbə gedərsə, həmin uşaq gec sağalacaq, xəstəliyinin ağırlaşma ehtimalı daha da artacaq və ən əsası da sağlam uşaqları yoluxduracaq. Məktəb rəhbərliyi də virusun yayılmasında günahkardır, çünki xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır. Bəzi hallarda valideynlər xəstəlikdən qurtarmaq üçün immuniteti gücləndirən dərmanlar alırlar. Lakin qəti şəkildə deyirəm ki, o dərmanların heç biri uşağın immunitetini gücləndirməyəcək. Yaxşı olar ki, valideynlər uşaqların qida rasionuna, təmiz havayla təmasda olmasına xüsusi fikir versinlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30