Arxiv
26 Oktyabr 2019, 11:38 | ƏDƏBİYYAT
Kimlərin ruhu cənnətə düşə bilər...

Çağdaş Qərb sivilizasiyasının doğuşu, ellin mədəniyyətinin məhvi Hannibalın Romaya yürüşü və məğlubiyyətindən sonra başlandı.


Karfageni dağıdan Roma əslində özünü məhv etdi.


İslam da özünü zəifləmədən qorumaq, daha da güclənmək üçün fəlsəfə ilə barışmalı oldu.


Qismən.


Uilyam MakNeyll, Möhsin Məhdi, Qüstav fon Qrünbaum, Uilyam Okseruold, Merilin Robinson Uoldman, Harold Rocers, Corc Çadvik və daha 47 məşhur alim - onların fikirləri dəyərlidir, amma...


Xristianlığın ilkin dönəmlərində olduğu kimi, müsəlmanlar arasında da mübahisələr və diskussiyalar başlanmışdı.


Məhz bunun sayəsində İslamın mürəkkəb, "sadə" insanlar çətin çatan həqiqətləri aydın və bitmiş forma aldı.


Həmin dövrlər ehkamların və doqmaların yarandığı, fikir və mövqe müxtəlifliyinin, fantastik gümanların və ifrat cəsur etirazların vaxtları idi.


İslam üləmalarının qarşısında duran əsas məsələ ruhla bağlı idi.

Kimlərin ruhu cənnətə düşə bilər və bunun üçün nə etmək gərəkdir?

Ümumi cavab belə idi - ruhu xilas etmək üçün ilk əvvəl Allaha inanmaq gərəkdir.

Bəs Allaha inam nədir?


İslamın ilkin və orta dönəmlərrində sualın cavabları belə idi:

1. Allah haqqında bilmək gərəkdir
2. Onu sonsuz qüdrət sahibi saymaq gərəkdir
3. Onu şəriksiz və tək bilmək gərəkdir.
4. Onu sevmək gərəkdir.
5. Allahın Rəsulunun dediklərinə inanmaq gərəkdir


Yəni sadə desəm, Allaha dillə və qəlblə inanmaq gərəkdir.


Fəqət, unutmayaq, ruhun xilası sadəcə inamdan yox, əməllərdən də asılıdır.


Ölümdən sonra insanın taleyini nə müəyyən edir, insan hansı əməllərinə görə ölümdən sonra mükafat və ya cəza alır?


Bəzi alimlər hesab edirdilər ki, insan Allaha inanaraq ölərsə, ona hər şey bağışlanar. Əsas məsələ Allahı tanımaqdır.


Başqaları deyirdilər ki, yox, insan Allaha inanıb ölərsə, bağışlanacaq. Bir Allaha şərik qoşmaqdan, yəni şirkdən savayı. İnsanın əməllərini Allah özü çözəcək.


Bir başqaları söyləyirdilər ki, dünyanı Yaradanı tanımaq yetər: Peyğəmbər Muhəmmədi tanımasan da, olar.


Di gəl, insana əməllərinə görə qiymət veriləcəksə, insan əməllərdə nə qədər azaddır?


O əməlləri özü edir, yoxsa hər şey alın yazısı, qəzavü-qədərdir?


Fikirlər bu məsələdə haçalandı, canlar.


İfrat sərt olan cəbrilər ("Cəbr", yəni vadar etmə) deyirdilər ki, hər şey qəzavü-qədərə bağlıdı. Onlar deyirdilər: "İnsanın fikirlərini Allah bəlirləyir, Allah da mükafat və ya cəza verir. Onun iradəsidir, mübahisəyə yer yox".


Qədərilər ("Qədər", yəni hakimiyyət, iradə) əksinə, tam iradə azadlığını təbliğ edirdilər. Onlar söyləyirdilər ki, Alllah insanlara şüur və Quran yerib, yerdə qalanını insanlar bəlirləməlidir.


Mürciilər ("Əl mürciə", yəni təxirə salmaq, ertələmək) vurğulayırdılar ki, nəyin halal və ya haram olduğuna insanlar qərar verə bilməz.


Bunu ancaq Allah bilir. Allah da qərarını insanın ölümünə qədər təxirə salır. Hər şey axirətdə bilinəcək.
İlk bölünmə, İslamın fəlsəfə ilə barışıq cəhdləri belə idi.


Sonra parçalanmalar artdı və mübahisələrin əsasını Quran təşkil etdi.


Allah tək, müqəddəs və əbədidirsə, onun yolladığı Qurani-Kərim də vahid əbədi əvvəldir, yoxsa Allahın insanlara verdiyi nişanədəir sadəcə?


Allahla Quranı nə birləşdirir, nə ayırır, aralarında hansı əlaqələr var?


Bu ehkam məsələlərə münasibət İslamın 4 əsas istiqamətini müəyyənləşdirdi: rasionalizm (mütəzililər), tradisionalizm (sünnilər), radikalizm (xaricilər) və messianlıq (şiələr).


Mütəzililər özlərini "kəlamilər" də adlandırırdılar. Onlar dini rasionallaşdırmaq, aləmin və əşyaların şüuri qavramı ilə uyğunlaşdırmağa çalışan intellektuallardı.


Onlar hesab edirdilər ki, Quranla hədislərin təhlili və təfsiri üçün əsas şərt şüurdur. Müsəlmanlar qaydalara kor-koranə tabe olmamalı, ən yaxşılara anlayaraq riayət etməli, dini mətnləri təhlil etmələridir.


Hesab edirdilər ki, məntiq və dialektika ilə istənilən problemi anlamaq, Quranda yazılanların əsl mahiyyətini anlamaq olar.
Kəlamilərin həbaşilər kimi bəzi qolları hətta şüuru inamdan üstün tuturdular.


"Quran və Rəsulillah barədə məlumatı omayan insan belə ağlına hakim olarsa, dinə gələ bilər", - onlar belə deyirdilər.


Kəlamilər deyirdilər ki, insan əməllərində büsbütün azaddır. O, taleyini bəlirləyir, Xeyirlə Şərin nə olduğunu bilir, gərək bildiyini edir.


Kəlamilər vurğulayırdılar ki, Allah yalnız möminləri cənnətə, şaram edənləri Cəhənəmə yollamaq vədini yerinə yetirir və onun qərarını heç nə dəyişə bilməz: Nə Rəsulun müdafiəsi, nə Allahın özünün şəfqəti.


Mütəzəlliləri müşrik, yəni Allaha şirk qoşan, hətta bütpərəst sayırdılar.


Sünni üləmalar deyirdilər ki, əgər insan əməllərinə görə məsuliyyət daşıyırsa, deməli, o, əməlini yaradır. Lakin yaradan sadəcə, Allahdır və belə çıxır ki, insan da Allahdır? Məhz buna görə mütəzəllilər müşriklər, kafirlər sayılırdılar.


Mütəzəllilər də cavabında sünnilərə kafir deyir, bəyan edirdilər ki, Allahın yaratdıqlarını əbədi sayırlar, halbuki sadəcə, Allah əbədidir və bu səbəbdən də şirk edirlər.


Məəmərilərsə deyirdilər ki, xeyr, Kainatda bu dünyada və bu həyatdan başqna heç nə yoxdur, cənnət və cəhənnəm elə bu həyatdadır, Yerdədir.


Həbitilər və hədasilər inanırdılar ki, Allahla bahəm, onun yaratdığı Məsih var.


İnsan da öləndən sonra o, əbədi həyata layiq olanadək dolaşır, müxtəlif formalarda zühur edir.


Hədasilər bəyan edirdilər ki, hər şeyvan növünün öz icması, öz cəmaatı və Allahın onlara yolladığı elçisi var.


Abbasilər dönəmində bu təriqətlər dəstəklənsə də, sonra onlar çökdülər.


Sünnilərlə şiələr çoxsaylı yönləri əritdilər, məğlub etdilər.


Beləliklə, İslam parçalanmaqdan qurtuldu, amma fəlsəfə ilə barışıq baş tutmadı.


Elçin Alıoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təlim-döyüş təyyarəsi qəzaya uğradı 28 Fevral 2020, 00:53 Bərdədə qadın baltalanaraq qətlə yetirilib 28 Fevral 2020, 00:43 Bu komandalar Avropa Liqasının 1/8 finalında 28 Fevral 2020, 00:30 Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir 28 Fevral 2020, 00:17 DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrindən 32 il ötür 28 Fevral 2020, 00:01 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45 Azərbaycanlı şahmatçı birinci oldu 27 Fevral 2020, 20:29 “Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST 27 Fevral 2020, 20:14 Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR 27 Fevral 2020, 20:00 Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun” 27 Fevral 2020, 19:58 Azərbaycanda koronavirusa görə qərargah YARADILDI 27 Fevral 2020, 19:50 Mobil səhra laboratoriyası koronavirusla bağlı hazır vəziyyə gətirildi - Əhaliyə çağırış 27 Fevral 2020, 19:46 MŞ-da Xəzəryanı ölkələrin jurnalistlərinin görüşünün təşkili müzakirə olundu 27 Fevral 2020, 19:40 Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ 27 Fevral 2020, 19:29 İranda universitetlərdə də dərslər dayandırıldı - Koronavirusa görə 27 Fevral 2020, 19:16 Doğum gününü 4 ildən bir qeyd edən AZƏRBAYCANLILAR 27 Fevral 2020, 19:03 Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri 27 Fevral 2020, 18:48 Rusiya sabahdan İranla hava əlaqəsini məhdudlaşdırır 27 Fevral 2020, 18:43 DİN və Baş Prokurorluqdan Yardımlıdakı cinayətlə bağlı AÇIQLAMA 27 Fevral 2020, 18:36 İranın vitse-prezidenti də koronavirusa yoluxdu 27 Fevral 2020, 18:18 Keçmiş səfir koronavirusdan öldü 27 Fevral 2020, 18:16 Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub - FOTO 27 Fevral 2020, 18:07 Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI 27 Fevral 2020, 18:00 UNEC-də beynəlxalq konfrans - FOTO 27 Fevral 2020, 17:56 Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib 27 Fevral 2020, 17:50