Arxiv
26 Oktyabr 2019, 15:14 | PARLAMENT
Parlament partiyaları bələdiyyə seçkilərinə gedirmi...

Hər 5 ildən bir keçirilən bələdiyyə seçkiləri bu il dekabr ayının 23-də baş tutacaq.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə indiyə qədər MSK-ya cəmi iki partiya - Yeni Azərbaycan Partiyası və Demokratik İslahatlar Partiyası müraciət edib ki, onlar da parlamentdə təmsil olunan siyasi təşkilatlardır.

Bəs Milli Məclisdə təmsil olunan digər partiyalar da bələdiyyə seçkilərində iştirak edəcəkmi?

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Modern.az-a seçkilərdə iştirak edəcəklərini bildirib:

 

“Partiya builki bələdiyyə seçkilərinə iştirak edəcək. Tezliklə bununla bağlı partiyanın Ali Məclisində qərarın qəbul edilməsi gözlənilir”.

 

Böyük Quruluş Partiyanın sədri Fazil Mustafa qeyd edib ki, onlar da bu il seçkilərdə iştirak edəcək:

 

“Bizim sənədlərimiz artıq MSK-ya təqdim olunub. Seçkilərdə aktiv iştirak edəcəyik”.

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da partiyalarının seçkilərdə iştirak edəcəyini bildirib:

 

“Hələ ki hazırlıq işləri gedir. Namizədlərimizi müəyyənləşdirdikdən və proses bitdikdən sonra MSK-ya müraciətimizi bildirəcəyik”.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, builki seçkilərdə onlar da iştirak edəcək:

 

“Partiyamız seçkilərdə iştirak edəcək. Biz artıq MSK-ya müraciətimizi etmişik”.

 

Milli Məclisdə təmsil olunan Ana Vətən Partiyası, Azərbaycan Sosial Rifah Partiyası Vətəndaş Birliyi Partiyasının mövqeyini öyrənmək mümkün olamyıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib 14 Noyabr 2019, 10:38 “Ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb” - Statistika Komitəsi 14 Noyabr 2019, 10:28 Doktoranturaya qəbul qaydaları dəyişdi 14 Noyabr 2019, 10:22 Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR 14 Noyabr 2019, 10:17 “Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - Nuşirəvan Məhərəmli 14 Noyabr 2019, 10:03 Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını qazanıb? - “İctimaiyyətlə görüşə həvəsli deyil” 14 Noyabr 2019, 09:55 Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI 14 Noyabr 2019, 09:46 Kanada futzalından dünya çempionatına çıxmaq istəyən həmyerlimizlə MÜSAHİBƏ 14 Noyabr 2019, 09:40 Ermənistan atəşkəsi 21 dəfə pozdu 14 Noyabr 2019, 09:29 Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur... 14 Noyabr 2019, 09:28 Deputat 2020-ci ilin büdcəsini belə dəyərləndirdi: “Maddi kapitalın insan kapitalına çevrilməsi...” 14 Noyabr 2019, 09:23 Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur 14 Noyabr 2019, 09:03 Milli Məclis bu gün büdcə zərfinin müzakirəsini yekunlaşdıracaq 14 Noyabr 2019, 08:54 Almaniyada miqrant alveri edən azərbaycanlılar tutuldu - ADLAR 14 Noyabr 2019, 08:46 Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin ŞOK STATİSTİKASI 14 Noyabr 2019, 08:36 Kollecdə silahlı insident: 2 ölü, 3 yaralı 14 Noyabr 2019, 08:30 Türk serialları ölkəyə 500 milyon dollar gəlir gətirib 14 Noyabr 2019, 08:25 Dünyanın dini liderləri Bakıya TOPLAŞDI 14 Noyabr 2019, 08:13 Türkiyədə hərbi hissədə partlayış oldu 14 Noyabr 2019, 00:43 Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindi - VİDEO 14 Noyabr 2019, 00:21 Türkiyə millisi Ermənistana şans vermədi 14 Noyabr 2019, 00:02 Azərbaycan nefti cüzi ucuzlaşıb 13 Noyabr 2019, 23:44 Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu 13 Noyabr 2019, 23:25 Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15