Arxiv
4 Noyabr 2019, 08:27 | ÖLKƏ
Budəfəki siyahıyaalmada Bakı ermənilərini də qeydə aldılar?.. - Dövlət Statistika Komitəsindən CAVAB GƏLDİ

Bu ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçirilib.


Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.


Maraqlıdır, siyahıyaalma zamanı Bakı ermənilərinin, Dağlıq Qarabağ ermənilərinin sayının dəqiqləşdirilməsi, onların sorğulanması hansı şəkildə həyata keçirilib? Onların sayı da siyahıyaalınmanın nəticələrində nəzərə alınacaqmı?

Modern.az-ın məsələ ilə bağlı sorğusunu Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev cavablandırıb.

A.Abbasəliyev bildirib ki, bütün prosedurlar qanunvericilik çərçivəsində icra olunub:

“Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması işğal altında olan ərazilər istisna olmaqla ölkənin hər bir inzibati ərazi vahidi üzrə aparılıb və respondentlərin aid olduğu milliyyət və ya etnik qrup sorğu vərəqəsinin “Milli (etnik) mənsubiyyətiniz” sualına cavabı əsasında müəyyən edilib”.


DSK rəsmisi qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin ikinci yarısınadək nəzərdə tutulub.

Hazırda Bakıda erməni milliyətindən olanların da yaşadığı heç kimə sirr deyil.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bir neçə gün öncə "Din və insan hüquqları" mövzusunda keçirilən konfransda bunu bir daha təsdiqləmişdi.
“Bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir”,- deyən Ombudsmanın sözlərinə görə, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb: "Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir".


Qeyd edək ki, Azərbaycanda əhalinin sonuncu siyahıyaalınması 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib. Siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Ermənistan Futbol Federasiyasının sədri istefa verib 21 Noyabr 2019, 19:24 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21