Modern.az

Həmin gün sanki aləm suya qərq olacaqdı

Həmin gün sanki aləm suya qərq olacaqdı

5 Noyabr 2019, 09:06

BƏNZƏRSİZ YAĞIŞ

 

 

Yağış yağar çölə-düzə nur ələr,

Məhəbbətdən yanan qəlbə su çilər,

Torpağa bar-bəhər, bərəkət gələr,

Bu gün yağan o yağışa oxşamır.

 

 

Yağışsız çəmənlər çiçək  bitirməz,

Torpağı bir  arzu, kama yetirməz,

Bağlar barsız qalar, bəhrə gətirməz,

Bu gün yağan o yağışa oxşamır.

 

Sevgililər  çətir altda sığınar,

Ürəklər eşq ilə  alışar- yanar,

Könüllər bulaq tək coşar -qaynayar,

Bu gün yağan o yağışa oxşamır.

 

 

Göylərdən gələnə oxşamır yağış,

Nur səpən yağışa oxşamır yağış,

Dünyanı su basır, çaxnaşır yağış,

Bu gün yağan o yağışa oxşamır.

 

 

Təlatüm yaradıb bugünkü yağış,

Tutub yer üzünü ele bil qarğış,

Akif, gileylənmə bununla barış,

 Bu gün yağan o yağışa oxşamır...

 

 

Akif Təvəkküloğlu

22.10.08

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi