Modern.az

Dövlət sərhədini pozmaq istəyən 8 azərbaycanlı saxlanıldı

Dövlət sərhədini pozmaq istəyən 8 azərbaycanlı saxlanıldı

5 Noyabr 2019, 10:33

Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il tə­vəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mə­di­nə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi