Modern.az

Vilayət Eyvazov Həzi Aslanova yeni vəzifə verdi

Vilayət Eyvazov Həzi Aslanova yeni vəzifə verdi

Aktual

5 Noyabr 2019, 18:01

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

Modern.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşəvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb.Nazirin digər əmriylə, Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenanatı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır