Modern.az

SOCAR Neft Daşlarında yeni sahələr quraşdıracaq

SOCAR Neft Daşlarında yeni sahələr quraşdıracaq

Aktual

5 Noyabr 2019, 18:39

Neft Daşlarında yaxın illərdə 5 yeni istehsalat sahəsinin quraşdırılması planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.

 

Onun sözlərinə görə, bu sahələrdə 60-70 hasilat quyusunun qazılacağı nəzərdə tutulur.

 

Qeyd edək ki, Neft Daşlarının mövcud olduğu dövrdə burada 333 istehsalat sahəsi quraşdırılıb və 2 minə yaxın quyu qazılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü