Modern.az

Ermənistanda tələbələr ayağa qalxdı: nazirin istefası tələb olundu

Ermənistanda tələbələr ayağa qalxdı: nazirin istefası tələb olundu

Dünya

6 Noyabr 2019, 12:38

Yerevan Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri etirazlara başlayıblar.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirliyin “Erməni dili”, Ermənistan tarixi” və “Ermənistan ədəbiyyatı” fənlərini universitetin tədris proqramından çıxarması etirazlara səbəb olub.

 

Tələbələr təhsil, elm, mədəbiyyət və idam naziri Araik Arutunyandan tələbələrin fikrini nəzərə almayacağı təqdirdə parlament, hökumət və təhsil nazirliyi qarşısında aksiya keçirəcəklərinə xəbərdar ediblər.

“Əgər belə davam etsə, Araik Arutunyan necə gəlmişdisə, elə də gedəcək. Hazırda onun yeganə xidməti Gümrü-Yerevan istiqamətində piyada gəzintidir”-deyə tələbələrdən biri deyib.

 

Xatırladaq ki, nazir Arutunyan qeyri-humanitar sahələr üzrə tələbələrə bu fənlərin məcburi deyil, seçim yolu ilə keçirilməsini təklif edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?