Modern.az

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb - NAZİRLİK

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb - NAZİRLİK

8 Noyabr 2019, 17:32

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki əcnəbi vətəndaş ov qaydalarının pozulmasına görə saxlanılıb".

 

Modern.az-ın xəbər verir ki,bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat məbləğində cərimələnib:

 

"Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

 

Qeyd edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir