Modern.az

Cəlilabad xəstəxanasında uşaq ölümü

Cəlilabad xəstəxanasında uşaq ölümü

8 Noyabr 2019, 21:31

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova ötən gün gecə saatlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Doğum şöbəsinə yerləşdirilən hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib. İlkin məlumata görə, uşaq ölü doğulub.

Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var