Modern.az

“Əsgər Ailəsi Cəmiyyəti”i Türkiyədə də şöbə yaradacaq

“Əsgər Ailəsi Cəmiyyəti”i Türkiyədə də şöbə yaradacaq

9 Noyabr 2019, 09:13

“Hazırda  Türkiyədə yaşayıram. Qızım Günəş  burda oxuyur. Tez-tez qızımın yanına gedib gələndən sonra düşündüm ki, burda da bir şöbəmizi açaq”.

 

Bu sözləri  Modern.az-a açıqlamasında “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri, hərbi jurnalist Roza Əliqızı Azərbaycandan köçməsi ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib.

Xanım sədr bildirib ki, Qarabağ gerçəkliklərinin təbliği baxımından belə bir şöbənin açılması çox önəmlidir:

“Bildiyiniz kimi, hər kəs Türkiyə ordusuna daxil ola bilməz. Ona görə də tez-tez Türk ordusunun əsgərləri ilə görüşür, onlara Qarabağ həqiqətlərindən danışıram. Həmçinin, liseylərdə, məktəblərdə bu mövzuda görüşlər keçirtmək üçün Türkiyə Təhsil Nazirliyinə müraciət etmişəm. Hazırda Türkiyənin ayrı-ayrı şəhərlərində bizim “Əsgər Ailəsi Cəmiyyəti”nin təmsilçiləri var. İzmirdə, Ankarada, İstanbulda və başqa şəhərlərdə bu təmsilçilər yaranmaqdadır”.

 

Roza Əliqızı arzularından da söz açıb:

“Çox istərdim ki, bu təşkilatın dünyada təmsilçilərini yaradım və bunun sayəsində haqq səsimizi bütün dünyaya çatdırım. Ən önəmlisi bunu Fransada da yaratmaq istərdim. Çünki bunu bacararam.Əslində bir ay Azərbaycanda, bir ay da Türkiyədə oluram”.

 

Hərbi jurnalist xanım Türkiyə vətəndaşı ilə ailə qurmasına bu cür reaksiya verib:

“15 yaşında qızım var. Hesab edirəm ki, özəl məsələlərə toxunmaq olmaz”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir