Arxiv
9 Noyabr 2019, 17:44 | AKTUAL
Zakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və “Açıq qapı günü” ilə əlaqədar tədbirdə iştirak ediblər.

 

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra hərbi hissədə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər sıra meydanında Vətənə sədaqət andı içiblər.

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.

 

Bayram nitqi ilə çıxış edən Müdafiə naziri Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusu sürətlə inkişaf edir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub.

Nazir qeyd edib ki, ordumuz müasir silah və hərbi texnika ilə silahlanır, yeni hərbi hissələr, yaşayış kompleksləri inşa edilərək istifadəyə verilir: "Bütün bunlar bizə imkan verir ki, Azərbaycan Ordusunun qoşun növləri, hərbi hissələri və bölmələrinin döyüş qabiliyyətini, o cümlədən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlayaq, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirək, xalqımızın ordusuna və işğal olunmuş torpaqların tezliklə azad olunacağına inamını daha da artıraq, gənc nəsli isə hərbi xidmətə həvəsləndirək. Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır”.

 

Nazir Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edərək ona uğurlar arzulayıb.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

Əsgər valideynləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi xidmətlə əlaqədar onları maraqlandıran sualları cavablandırıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq vəzifəli şəxslərə göstərişlər verib.

Sonra “Açıq qapı günü” çərçivəsində Müdafiə naziri tədbir iştirakçıları ilə birlikdə hərbi hissədə təşkil olunan “Azərbaycanın tarixi bayraqları” sərgisinə baxış keçirib.

Tədbir iştirakçılarına tarixin müxtəlif dövrlərinə təsadüf edən Azərbaycanın dövlət bayraqları haqqında ətraflı məlumat verilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında geniş konsert proqramı ilə davam edib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06