Arxiv
12 Noyabr 2019, 08:23 | PARLAMENT
“Konstitusiyası olmayan dövlət müstəqil sayıla bilməz” - Deputat 12 noyabrdan YAZDI

12 noyabr müstəqil dövlətimizin, 28 il öncə - 20-ci əsrdə ikinci müstəqilliyini əldə edən  xalqımızın tarixində çox mühüm və önəmli yer tutur.

Məhz 12 noyabr 1995-ci il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiya qəbul edildi.
Artıq müstəqil Konstitusiyamızın qəbulundan, bu tarixi hadisədən 27 il ötür.

Bəs bu sənədi aktual və vacib edən nə idi, nədir?

Əvvəla, müstəqil dövlət kimi varolmanın əsas şərtlərindən biri məhz Ana Yasa-Konstitusiyadır.

Konstitusiya olmadan  tam müstəqillik  ola bilməz, Konstitusiyası olmayan dövlət müstəqil dövlət sayıla bilməz.

İkincisi, keçmiş sovetlər dövründə Konstitusiyamız olsa da, o, formal xarakter daşıyırdı.
Müstəqilliyimizin ilk dövrlərində də  Ana Yasa finksiyasını 1991-ci ilin 18 oktyabr tarixində qəbul olunmuş tarixi Müstəqillik haqqında Konstitusiya Aktı yerinə yetirirdi.
Amma o da tam deyildi, mükəmməl, bütün insan və hüquq azadlıqlarını özündə ehtiva edən Konstitusiyaya ehtiyac duyulurdu.

Bu səbəbdən də  ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və  fəaliyyətə başladı.

1995-ci ilin iyununda Heydər Əliyevin sədrliyi ilə ilk geniş iclasını keçirən Konstitusiya komissiyası fəaliyyəti dövründə də çox gərgin və məhsuldar işlədi.

Ulu öndər “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”– deyərək, bir daha Konstitusiyanın müstəqil dövlət və onun inkişafı üçün nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkdi.

Beləliklə, ümummilli liderin sədrliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanan layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.

Geniş müzakirələrdən sonra yekun variant 1995-ci il noyabrın 12-də  ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edildi, yəni, həmin gün müstəqil  Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Qeyd edək ki, dünyanın ən mükəmməl və ən demokratik konstitusiyalarından olan müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.

İlk tarixi Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanın  ictimai-siyasi həyatında yeni mərhələ başlandı, bütün sahələrdə, hüquqi-siyasi islahatlara strat verildi.
Qısa zaman kəsiyində də mühüm nəticələr, uğurlar əldə edildi. Azərbaycan hüquqi-demokratik dövlət quruculuğu və inkişaf yolunda böyük addımlar atdı.

1996-cı ildə də 12 noyabr Heydər Əliyevin Sərəncamı ilə Konstitusiya Günü kimi rəsmi bayramlarımız sırasına daxil edildi və 23 ildir ki, bu günü Konstitusiya Günü kimi qeyd edirik.

Odur ki, bu tarixi addımla bağlı ulu öndərimizi bir daha minnətdarlıq hissi və şükranlıqla anır, xalqımızı, dövlətimizi 12 noyabr Konstitusiya günü ilə əlaqədar təbrik edir, inkişaf, tərəqqi, çiçəklənmə yolunda növbəti uğurlar, zəfərlər arzulayıram.

Günün mübarək olsun, Azərbaycanım!


Kamilə ƏLİYEVA,
Millət vəkili, professor, BDU-nun kafedra müdiri

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38