Modern.az

“Müraciətlərin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli

“Müraciətlərin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli

12 Noyabr 2019, 18:14

“Cənab prezidentin son dövrdə büdcənin xərclənməsi ilə bağlı verdiyi tapşırıqlar, o cümlədən şəffaflığa riayət olunması ilə bağlı verdiyi tövsiyələr də mühüm əhəmiyyət kəsb edir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdəki büdcə müzakirələri zamanı çıxış edərkən deyib. O, xatırladıb ki, bu il prezidentin məhkəmə və hüquq islahatlarının daha da dərinləşdirilməsi ilə bağlı aprel ayında vacib fərmanı olub.

 

Əli Hüseynli qeyd edib ki, bu fərmanın icrası ilə bağlı Məhkəmə Hüquq Şurası, Ədliyyə Nazirliyi, Ali Məhkəmə tərəfindən bir sıra işlər görülüb:

 

“Qısa zaman çərçivəsində fərmanın icrası ilə bağlı müsbət nəticələr əldə edilib. Eyni zamanda, fərmanın icrası ilə bağlı həm də bu sahəyə ciddi maliyyə ayrılmasını da nəzərdə tutur. Təbii ki, yeni hakim korpusunun sayının artırılması, məhkəmə aparatı işçilərinin əmək haqqının artırılması kimi məsələlər məhkəmə sisteminin büdcəsinə bir daha diqqət edilməsinə rəvac verir”.

 

Komitə sədri xüsusi olaraq bir məsələnin üzərində dayanmaq istədiyini də deyib:

 

“Söhbət pulsuz hüquqi yardım xidmətinə ayrılan vəsaitdən gedir. Bu çox müsbət haldır ki, ölkəmizdə bir çox regionlarda hökumət üzvləri qəbullar keçirirlər, vətəndaşların müraciətlərini dinləyirlər. Bilirik ki, bəzən birbaşa aidiyyatı müraciətlər olmasa da, hökumət üzvləri bu müraciətləri diqqətlə araşdırırlar və aidiyyatı qurumlara göndərirlər. Hesab edirəm ki, vətəndaşların müraciətlərinin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar, yəni vətəndaşlara pulsuz hüquqi xidmət göstərən şəxslər ola bilər. Bir çox ölkələrdə bu təcrübə var. Əlbəttə, bu həm də dövlət dəstəyi tələb edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...