Modern.az

Vahid Əhmədov: “Publik hüquqi şəxslər dövlət üçün bir bəladır” - ETİRAZ

Vahid Əhmədov: “Publik hüquqi şəxslər dövlət üçün bir bəladır” - ETİRAZ

İqtisadiyyat

14 Noyabr 2019, 13:26

“Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu öz bəhrəsini verməkdədir. Vergi Məcəlləsində əqdlərlə bağlı dəyişikliyi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu hər zaman mübahisə obyekti olub. Doğurdan da yalan əqdlər bağlamaqla, heç bir əmtəə, mal, xidmət olmadan kağız vasitəsilə müəyyən vəsaiti silmək, əlavə dəyər vergisini gizlətmək adi hallara çevrilib. Bunun qarşısını almaq üçün Vergilər Nazirliyinin təqdim etdiyi məsələ çox vacidbir və qəbul olunmalıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin büdcə müzakirələri zamanı deputat Vahid Əhmədov deyib.

O, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaitinin ƏDV-dən daxil olduğunu qeyd edib:

“ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb”.

Deputat sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib:

“Sənaye parklarının salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texoparklar normal işləsin”.

V. Əhmədov bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır:

“Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nəylə əlaqədardır, bunu da bilmək istərdim”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!