Modern.az

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul etdi

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul etdi

14 Noyabr 2019, 13:49

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər miqyasıma görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir. Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur. O qeyd edib ki, dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır