Modern.az

Şahbaz Şərif Xameneinin dəfn mərasiminə qatılacaq

Şahbaz Şərif Xameneinin dəfn mərasiminə qatılacaq

Aktual

Bu gün, 16:41

Pakistanın Baş naziri Şahbaz Şərif İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şahbaz Şərifi Tehranda keçiriləcək dövlət dəfn mərasimində yüksək səviyyəli Pakistan nümayəndə heyəti müşayiət edəcək.

İran dövlət mediasının məlumatına görə, dəfn mərasimi iyulun 4-də Tehranda başlayacaq. Təxminən beş gün davam edəcək mərasim iyulun 9-da Əli Xameneinin doğulduğu Məşhəd şəhərində dəfn olunması ilə başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada