Modern.az

Məktəblilər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO

Məktəblilər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO

15 Noyabr 2019, 11:29

Bakı şəhərindəki ümumtəhsil, lisey, gimnaziya və internat məktəblərinin şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur.

 

Modern.az xəbər verir ki, ekskursiyalar Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşmaya əsasən təşkil olunub. Məqsəd məktəblilərin Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etmələrinə nail olmaqdır.

 

Tədris ili boyu təşkil edilən ekskursiyalarda şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, Qoşa Qala Qapıları və qala divarlarının tarixi, ilkin memarlıq üslubu haqqında məlumat verilir, məktəbliləri maraqlandıran suallar cavablandırılır.

 

Qeyd edək ki, təsdiq olunmuş qrafikə uyğun keçirilən ekskursiyalar tədris ilinin sonuna qədər davam edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı