Modern.az

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

Dünya erməniləri Qarabağ üçün pul toplayacaq

15 Noyabr 2019, 14:05

“Hayastan” ümumerməni fondu noyabrın 28-də növbəti illik telemarafon keçirəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, noyabrın 26-sı Los-Ancelesdə başlayacaq telemarafonda əsas məqsəd Dağlıq Qarabağda və Ermənistanın Tavuş vilayətində icma mərkəzlərinin, Günəş panellərinin və su xətlərinin inşası olacaq.

 

Telemarafon 12 saat davam edəcək və dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun nümayəndələri “Hayastan” fondunun bank hesablarına vəsait köçürəcək.

2018-cü ildə keçirilən sonuncu telemarafonda 11,1 milyon dollar vəsait toplanıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir