Modern.az

Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM

15 Noyabr 2019, 17:11

Prezident İlham Əliyev  Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Ağsu rayonu ilə bağlı sərəncamda deyilir:

“Zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın”.


Digər sərəncamla zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə bu maliyyələşmələri təmin etmək tapşırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır