Modern.az

Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi

Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi

Aktual

16 Noyabr 2019, 15:45

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Noyabrın 16-da nazir V.Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu