Modern.az

Güclü qara görə məktəblər bağlandı

Güclü qara görə məktəblər bağlandı

17 Noyabr 2019, 00:37

İranın paytaxtı Tehranda şənbə günü yağan güclü qar səbəbindən noyabrın 17-də ibtidai və orta məktəblər bağlanacaq.

Modern.az xəbər verir ki, İSNA agentliyinin əyalət qubernatoruna istinadla yaydığı məlumata görə, meteoroloji xidmət bazar gününə əlverişsiz hava şəraiti proqnozlaşdırır. Bu səbəbdən Tehranın bütün əyalətlərində ibtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq.

Noyabrın 17-də də Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu səhər saatlarında mənfi bir dərəcəyədək enəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi