Arxiv
18 Noyabr 2019, 11:16 | AKTUAL
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.

Modern.az "Report"a istinadən xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. 

Martin və Pşemislav Cavanşiri noyabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.

Daha sonra Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.

Ziyarətdən sonra onlar C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edəcəklər.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir doğma Vətənə gəliblər.  

Xatırladaq ki, onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilən elmi-mədəni tədbirlərə qatılacaqlar. C.Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər. Uzun illərdir böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısının müavini istefasından danışdı - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55 Bu ölkədə iki həftəlik karantin tətbiq edilir 1 İyul 2020, 22:41 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 1 İyul 2020, 22:25 Deputat Masallıdakı içməli su problemini "Azərsu" sədrinə bildirdi 1 İyul 2020, 22:11 Qarabağ ermənisi azərbaycanlı deputatdan KÖMƏK İSTƏDİ 1 İyul 2020, 22:01 Türkiyədə COVİD-19-a yoluxanların sayı 200 mini ötdü 1 İyul 2020, 21:53