Arxiv
19 Noyabr 2019, 12:04 | MEDİA
“O baş redaktorun tərbiyəsi yoxdur” – Söyüş statusunu dərc edən saytlara MÜNASİBƏT

Son zamanlar onlayn media resurslarında tanınmışların sosial şəbəkələrdəki statuslarını dərc etmək “ənənəsi” formalaşıb. Müxtəlif siyasi təhlillərdə, xəbər yüklü yazılarda sosial şəbəkə statuslarından istifadə məqbul sayılsa da, bəzən qeyri-etik ifadələrin də yer aldığı statuslar mətbuatda dərc olunur. Bu tendensiya isə tənqidlə qarşılanır və jurnalistikanın etika normalarına zidd olduğu qabardılır.

 

Bu barədə Modern.az-a danışan  “Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist Azər Rəşidoğlu deyir ki, indi hər şey bir-birinə qarışıb. Nə mətbuat qalıb, nə siyasət, nə də sivil münasibətlər:

 

“Cəmiyyət nifrət və kin içində boğulur. Hamı bir birinə nifrət və söyüş püskürür. Cəmiyyətdə baş verənlər mətbuata və sosial şəbəkəyə də yansıyır. Söyüş və təhqir yolverilməzdir. Bunu edənlərin tərbiyəsi yoxdur. Bunu dərc edən sayt rəhbərinin də tərbiyəsi və əxlaqı yoxdur”.

 

A.Rəşidoğlu hesab edir ki, heç bir cəza tədbiri haqqında danışdığımız “ənənə”nin qarşısını ala bilməz:

 

“Sadəcə, medianı 10 il öncəki vəziyyətə qaytarmaq lazımdır. Onda problem həll ediləcək. Əxlaqsız adamlar 2-3 nəfərdən ibarət sayt qurub, söyüş yağdıranda düşünmək lazım idi ki, peşəkar jurnalistlər işsiz qalıb. Peşəkarlara yardım etmək lazımdır ki, bu küçə uşaqları mediada at oynatmasın. Özü də bu, böyük problemdir. Yalnız hansısa sayta cəza verməklə işi bitmiş hesab etmək olmaz”.

 

Jurnalist Afaq Vasifqızı qeyd edib ki, saytlar da, efirlər də cəmiyyətin güzgüsüdür:

 

“Mətbuatın ayna olduğunu Zərdabidən, Sabirdən üzü bəri bütün klassiklərimiz söyləyib. Bu mənada aynadan qabaq aynada görünəni islah etmək lazımdır.

Son dövrlər cəmiyyətdə bir növ mənəvi anarxiya yaranıb. İnsanlarda söyüşə, açıq-saçıq danışmağa meyl artıb. Əslində bunun daxildəki hər hansı aqressiya ilə bağlı olduğunu bilmək üçün psixoloq olmağa ehtiyac yoxdur. Öncə bu aqressiyanın səbəbini tapmaq, total bivecliyin, utanmazlığın nədən qaynaqlandığını öyrənməliyik. Dediyiniz nalayiq ifadələrin sosial şəbəkəyə də çıxması absurddur, nəinki mediaya. Bəlkə fikrim zamanla səsləşməyəcək, amma mətbuatın bir maarifləndirmə missiyası da var. Təəssüf ki, bu missiya bu gün arxa plana keçib”.

 

Afaq Vasifqızı məsələnin hüquqi tərəfinə də toxunub:

“Nəhayət, peşə etikası deyilən bir anlayış var. Konkret media rəhbərləri bunu pozan yazılara yer verəndə Mətbuat Şurası işə qarışmalıdır. Bunun üçün Şuranın təsir mexanizmləri olmalıdır - cərimələr, çapın dayandırılması və s. kimi rıçaqlardan söhbət gedir. Qaydalar pozulmasın deyə, cəzaların olması şərtdir”.

 

Məsələyə Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə də münasibət bildirib. O, onlayn saytlarda qeyri-etik ifadələrə yol verilməsini, bu cür sitatların tirajlanmasını qınayıb:

 

“Jurnalistika sahəsində, fəaliyyətdə olan media orqanlarında qeyri-etik ifadələrin yer aldığı məqalələrin tirajlanması həmin media qurumunun hansı səviyyədə olduğunun göstəricisidir. İnsan fərd şəklində gərək, qeyri-etik ifadələri ictimailəşdirməkdən çəkinsin, onları cəmiyyətə çatdırmağı düşünməsin. Sosial şəbəkələr belə bir fərdə aid deyil, hətta bu gün üçün ictimai fikrə təsir göstərəcək vasitədir. Ona görə, bu platformada da qeyri-etik ifadələrin işlədilməsi düzgün deyil”.

 

V.Rəhimzadə hesab edir ki, sosial şəbəkələrdə yazılan statusları olduğu kimi, qeyri-etik ifadələri də saxlamaqla tirajlamaq peşə normalarının pozulmasıdır:

 

“Bəlkə kimsə o ifadələri internetdə görmək istəmir. Amma onu tirajlamaqla insanları bir növ görməyə məcbur edirik”.

 

MŞ İdarə Heyətinin üzvü olaraq, V. Rəhimzadə həmin qeyri-peşəkar saytların cəzalandırılması şərtlərini də açıqlayıb:

“Mətbuat Şurası həmin qeyri-etik ifadələri dərc edən mətbu orqanlara qarşı addım ata bilər. Bir şərtlə ki, həmin saytlarla bağlı hansıa şikayətlər daxil olsun. Mətbuat Şurası ciddi qurum olduğuna görə fəaliyyəti də öz prinsiplərinə uyğun şəkildə qurur. Haradansa, müraciət daxil olmayanda bizim araşdırmamız qeyri-ciddi alınır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22 Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Qənirə Paşayeva Qovlarda seçicilərlə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:49 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42 İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16
SORĞU Yeni parlamentdə kimlər olsun?