Modern.az

“Seçici siyahılarında erməni əsilli Azərbaycan vətəndaşları da var”

“Seçici siyahılarında erməni əsilli Azərbaycan vətəndaşları da var”

19 Noyabr 2019, 13:14

“Xankəndindən olan seçicilərin siyahısında erməni əsilli Azərbaycan vətəndaşları da var”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, 122 saylı Xankəndi Seçki Dairəsindən bildirilib. Seçki dairəsinin məsul nümayəndəsi Nailə Quliyeva bildirib ki, 2005-ci ildə dairə yeni fəaliyyətə başlayanda ermənilərə müraciət olunub:

 

“Xankəndi seçki dairəsi formalaşdırılanda Qarabağda yaşayan ermənilərə dövlət səviyyəsində təklif edildi ki, seçkilərdə iştirak üçün şərait yaradıla bilər. Xankəndi Azərbaycan şəhəridir, orada yaşayan ermənilər də faktiki Azərbaycan vətəndaşı sayılırlar. Ona görə, həmin ermənilərin də seçici siyahısına daxil edilməsi tərəfimizdən təklif edildi. Ancaq məlumdur ki, işğal faktoru ermənilərin Azərbaycandakı seçkilərdə iştirakına mane olur. Bu səbəbdən seçici siyahısında sırf ermənilərin adları yoxdur”.

 

N.Quliyeva onu da qeyd edib ki, dairənin seçici siyahısına Xankəndinin azərbaycanlı əhalisi, oradan məcburi köçkün olanlar və Xankəndinin erməni mənşəli, Azərbaycan vətəndaşları daxildir:

 

“Həmin erməni mənşəli seçicilər vaxtilə azərbaycanlılarla ailə quran, bu və ya digər səbəblərdən Xankəndindən köçən, Azərbaycanda qalmağı seçən şəxslərdir. Onların sayı elə də çox deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir