Arxiv
19 Noyabr 2019, 17:04 | AKTUAL
AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

 

Modern.az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Qida məhsullarında antibiotik təhlükəsi” mövzusunda olacaq.

 

Heyvandarlıq və quşçuluq sahəsində antibakterial preparatlar əsasən infeksion xəstəliklərin müalicə və profilaktikası, yemləndirmədə kökəltmə məqsədilə işlədilir. Belə antibiotiklərə “antibiotik-stimulyatorlar” və ya “yem antibiotikləri” də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində heyvandarlıq və quşçuluq sahəsində çəki artımı məqsədilə 100 min tonlarla yem antibiotikləri sərf olunur ki, bu da təbabətdə müalicə məqsədilə işlədilən oxşar dərman maddələrini iki dəfədən çox üstələyir.

Heyvandarlıqda istifadə olunan yem antibiotikləri əsasən bakteriyalar tərəfindən fermentativ sintez olunan polipeptid mənşəli birləşmələrin qarışığıdır. Bu birləşmələr heyvan və ya quşların rasionuna əlavə edildikdə bağırsaqlarda patogen mikroorqanizmləri sıxışdırdığından, bağırsaq mikrobiontunun fəaliyyəti üçün əlverişli şərait yaratmış olur. Belə olduğu halda orqanizmdə həzm və metabolizmin dinamikası yaxşılaşmaqla, inkişaf prosesi sürətlənir. Nəticədə xəstəliklərin qarşısı alınır və çəki artımı yüksəlir.

 

Digər tərəfdən antibiotiklərin uzun müddət heyvan və quşların müalicəsi, profilaktikası və yemlənməsində istifadə edilməsi patogen və şərti patogen mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyinin artmasına, yəni bakteriya ştammlarının meydana gəlməsinə səbəb olur.

 

Bioloji və antibakterial təsir xüsusiyyətinə görə antibiotiklərin tibb təbabətində, kənd təsərrüfatında (baytarlıqda) və qida sənayesinin müxtəlif sahələrində geniş istifadə edilməsi mikroorqanizmlərə görə qida zəncirinin müxtəlif mərhələlərində fəsadların yaranmasına gətirib çıxarır.

 

Antibiotiklərin davamlı istifadəsi zamanı heyvan və insan orqanizmində fizioloji və immunobioloji müdafiə mexanizmlərinin pozulması halları, müxtəlif formalı allergiyalar, hiperhəssaslıq yaranır. Nəticədə orqanizmdə yeni patogen mikroorqanizmlər əmələ gəlir.

 

Antibiotiklərin kənd təsərrüfatında kortəbii və geniş istifadə olunması onların heyvan mənşəli qida məhsullarında (heyvan, quş və balıq əti, qaraciyər, süd, yumurta və s.) müəyyən miqdarda toplanmasına səbəb olur. Odur ki, insan sağlamlığının qorunması üçün heyvan mənşəli qida məhsullarında antibiotiklərin beynəlxalq standartların tələbləri çərçivəsində maksimum qalıq limitləri müəyyən edilib.

 

Avropa Birliyi ölkələrində 2006-cı ildən qanunvericiliklə bir sıra antibiotiklərin heyvandarlıqda xəstəliklərin profilaktikası məqsədilə və boy stimulyatoru kimi istifadəsi qadağan edilib. 2017-ci ildən isə Avropa Komissiyası antibiotikorezistentliyin aradan qaldırılması məqsədilə bu maddələrlə davranma qaydalarına dair yeni fəaliyyət planı təsdiq edib. Araşdırmalar göstərir ki, antibiotiklərin heyvan və bitki mənşəli məhsulların istehsalında istifadəsi zamanı düzgün yanaşmalar olmasa, 2050-ci ildə insanlar arasında ölüm halları xərçəng xəstəliyi səbəbindən baş verən itkiləri üstələyəcək.

 

Antibiotiklərin “ağıllı tədbiqi” ilə heyvan mənşəli qida məhsullarının bu preparatlarla çirklənmə təhlükəsini və əhatə dairəsini azaltmaq mümkündür.  Bunun üçün heyvanlar üzərində hər bir antibiotikin baytarlarla məsləhətləşməklə təyinatına uyğun olaraq düzgün seçilmiş doza və müəyyən edilmiş müddət ərzində istifadəsi nəzərdə tutulur. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 344 region sakini pulsuz hüquqi yardım alıb 16 Dekabr 2019, 00:06 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46