Modern.az

“20 ilin qalaqlanmış diaspor problemləri 1 ilə həll olunmalıdırmı?!”

“20 ilin qalaqlanmış diaspor problemləri 1 ilə həll olunmalıdırmı?!”

20 Noyabr 2019, 09:08

“Bəzilərimiz bar verən ağaca daş atmağı sevirik. Artıq bir müddətdir ki, bəzi tədbirlərdə, saytlarda diasporun fəaliyyəti, daha doğrusu Diaspor Komitəsinin sədri Fuad Muradovun fəaliyyəti "fəaliyyətli"lər tərəfindən guya ki, tənqid edilir, sifarişli yazılar yazılır. Soruşan lazımdır ki, bu 20 ildə diasporun vəziyyətini bilmirdinizmi? Niyə danışmırdınız? İndi nə oldu? 20 ilin qalaqlanmış diaspor problemləri 1 ilə həll olunmalıdırmı?!”.

 

Modern.az-ın məlumatına görə, bu sözləri “Demokratik İslahatçı Gənclər” İB-nin sədri Vüsalə Hüseynli bildirib.

 

Vüsalə Hüseynli Diasporla İş üzrə Dövlət Komitəsinə yönələn əsassız tənqidlərin arxasında kimlərin dayandığından da bəhs edib.

 

“Mətbuatı diqqətlə izləyən hər kəsə artıq həmin insanların kimliyi 70-80 faiz bəllidir. Diaspor Komitəsinin sədri xalqın içindən çıxıb. Fuad Muradov havadan-sudan, kiminsə tanışlığı ilə vəzifəyə gəlmədi, o, 17 yaşından bu millətə qulluq edən şəxs olub. Əvvəlcə QHT-də işləyib, sonra deputat kimi çalışıb. Hamı görüb ki, o, yetərincə əlçatan adam olub. İstər QHT-də, istərsə də deputat olduğu dönəmlərdə kimsə deyə bilməz ki, mən Fuad Muradova zəng etdim, köməkçisi cavab verdi. Bunu demək üçün gərək Allahsız olasan. Deməli, bu insan dövlətin etimadını doğruldub ki, Diaspor Komitəsinə rəhbər təyin olunub”.

 

Vüsalə Hüseynli bildirib ki, diaspor sahəsində illərlə qalaqlanmış problemlər olub:

 

“Hansı ki, həmin problemləri 1-2 ilə nəinki Fuad Muradov, onu tənqid edənləri, diaspor işçilərini belə aparsan, həll edə bilməzlər. Bu işlər kompleks yanaşma istəyir. Bu adamın diasporla işi düzgün qurmasından sonra müxtəlif ölkələrdə azərbaycanlılar Koordinasiya şuraları yaradır. İllər öncə ölkəsindən gedib, Azərbaycanın üzünü uzun müddətdir görməyən insanları Fuad Muradov vətəninə gətirdi və göstərdi ki, vətən uzaqda deyil. Addım-addım iş görən bir adam üçün əsassız ittihamlar səsləndirmək nə dərəcədə doğrudur? Kimin faktı varsa gətirib ortaya qoysun. Başqa adam olsa, bəlkə də deyərdik ki, tanımırıq, amma bu insan xalqın içindən çıxan biridir. Onun haqqında belə sözlər işlətmək qərəzdir”.

 

Vüsalə Hüseynli qeyd edib ki, onunla çalışan hər kəs bilir ki, Diaspor Komitəsinin hazırkı rəhbərliyinə yamaqları yapışdırmaq olmaz:

 

“Fuad Muradov yetərincə dürüst insandır. Biz dəstək olmalıyıq ki, bu adam işləsin. Diasporda nə baş verir? Mən özüm jurnalistika sahəsində çalışmışam, baxmayaraq, nə qədər tanımadığımız simalar var idi. Mən nə qədər insanı, xaricdə olan şəxsləri diaspor vasitəsilə tanıdım. Guya Fuad Muradov başa düşmürdü ki, diasporda hansı məsələlər, problemlər var? Amma bir məmurun fəaliyyətinə qiymət vermək üçün 1 il çox az zamandır. Mən düzü, anlaya bilmirəm. Vüqar Əhmədov Fuad Muradov haqqında geniş bir yazı yazıb. Vüqar Əhmədov Fuad Muradovla bir yerdə işləyən adam olub. Mən başa düşmürəm, Vüqar Əhmədovun indiyə qədərki fəaliyyəti dövründə onun bir kəlmə belə diasporla bağlı yazısını görən oldumu? Mən qeyd etmək istəyirəm ki, gənclərə, ən çox da qohumsuz-tanışsız vəzifəyə gələnlərə dəstək olmaq lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi