Modern.az

DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb

DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb

20 Noyabr 2019, 12:19

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram  tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddət imiş ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

 

Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir