Modern.az

Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO

Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO

Aktual

20 Noyabr 2019, 16:50

Goranboy rayonunda Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevə “Cümhuriyyətin 100 illik yubileyi” medalının və 1-ci Qarabağ müharibəsi iştirakçısı Telman İsmayılova “Azərbaycan bayrağı ordeni” nin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

 

Bu barədə Modern.az-a Goranboy RİH-dən məlumat verilib. 

 

Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Müdafiə Nazirliyinin Mənəvi –Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqədar İdarəsinin rəis müavini Abdulla Qurbani, Milli Qəhrəmanlar, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

 

***

 

İcra Hakimiyyətindən verilən digər məlumata görə, noyabrın 20-də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşları qəbul edib.

Vətəndaşları dinləyən icra başçısı səsləndirilən şikayət və müraciətlərin operativ surətdə araşdırılması və müvafiq qaydada həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü